Ermənilər bu əraziləri qaytarmasa, Bakı... Şok ssenari

Siyasət 16:50 15.06.2018
Azərbaycanın təmas xəttinə qoşun cəmləşdirdiyi və hücuma hazırlaşdığı barədə Ermənistandan, eləcə də qondarma DQR rejimindən təşviş dolu bəyanatların ardı-arası kəsilmir.
 
Virtualaz.org xəbər verir ki, Azərbaycan ordusunun canlı qüvvəsinin və texnikasının “intensiv cəmləşməsi” barədə videogörüntülərin yayılmasının ardınca Dağlıq Qarabağ “prezidentinin” administrasiya rəhbər David Babayan “Azadlıq” radiosunun erməni xidmətinə danışıb. Azərbaycanın 2016-cı ilin aprelindən bəri təmas xəttində ən irimiqyaslı cəmləşmə həyata keçirdiyini deyib.
 
D.Babayan deyir ki, aprel ayından başlayaraq Azərbaycan ordusu təmas xəttində cəmləşmə həyata keçirir, Azərbaycan ərazisinin dərinliklərində dislokasiya olunmuş hərbi birləşmələr cəbhə xəttinə yaxın yerləşdirilib və indiyə qədər geri çəkilməyib. Onun bildirdiyinə görə cəmləşmə əsasən Ağdam və Füzuli istiqamətində həyata keçirilir.
 
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə iyunun 14-də Yerevanda keçirdiyi brifinqdə deyib ki, Azərbaycanın təmas xəttində hərbi texnika və canlı qüvvə cəmləşdirməsi hətta Minsk Qrupu həmsədrlərinin regionda səfərdə olduğu bir vaxtda davam edib. Bu da ciddi narahatlıq doğurur.
 
Azərbaycan Müdafiə Nazirliyi günlərdir erməni tərəfinin qaldırdığı bu hay-küyü şərh etmir və düz edir. Axı Azərbaycan ordusunun bölmələrinin ölkə əraziləri boyu hər hansı yerdəyişməsi, bölmələrin hansısa gündəlik təlim-məşq toplantıları üçün kazarmalarını tərk etməsi belə Ermənistanda qorxu yaradırsa bunu şərh etməyə, hansısa izahat verməyə nə lüzum? Azərbaycan ərazilərini işğal altında saxlayanlar daim qorxmaqda, təşviş keçirməkdə haqlıdır və hansısa izahat verib onları sakitləşdirməyə ehtiyac yoxdur.
 
Digər tərəfdən hərb elminə az-çox bələd olanlar bilir ki, hücuma hazırlaşan tərəf ermənilərin kvadrakopterlə çəkib yaydıqları görüntülərdə olduğu formada, yəni günün günorta çağı, heç bir maskalanma aparmadan və nümayişkarənə şəkildə cəmləşmə həyata keçirmir. Amma erməni tərəfi Azərbaycan ordusunun bölmələrinin təlim-məşq tapşırıqları üçün kazarmalarını tərk edib poliqonlara hərəkətini çəkib yaymaqla guya ayıq-sayıqlığını nümayiş etdirir.
 
Hansı ki, indi kvadrakopterlərlə 10-15 km. dərinlikdə çəkilişlər aparıb bunu yaymaqla heç kimi təəcübləndirmək mümkün deyil. Azərbaycan ordusunun pilotsuz kəşfiyyat təyyarələri düşmən nəzarəti altında olan bütün əraziləri az qala onlayn izləmək imkanındadır, amma Bakı erməni qüvvələrinin məsələn, Qubadlıdan Füzuli istiqamətində hərəkətinə dair hansısa görüntüləri yayıb bundan təbliğat məqsədi ilə istifadə etmir.
 
Erməni tərəfinə isə bu hədsiz gərəklidir. Çünki Ermənistanın ardınca Dağlıq Qarabağdakı hərbi-polis rejimi də ciddi laxlayıb, çökmək üzrədir. Xankəndində yerli xüsusi xidmət əməkdaşlarının özbaşınalıqlarına etiraz olaraq başlayan etirazlar güc strukturlarının və “hökumətin” rəhbərliyinin istefasına gətirib çıxardı. Amma etirazlar dayanmayıb. Ermənilər keçmiş xüsusi xidmət agenti Bako Saakyanın rejiminin tamamilə istefa verməsini tələb edirlər. Hansı ki, Saakyanın 2020-ci il “seçkilərində” namizədliyini irəli sürməyəcəyi haqda bəyanatı da etirazçıları sakitləşdirməyib. İyunun 13-də müxalif “Milli dirçəliş” partiyasının Xankəndinin mərkəzində mitinq keçirməsinə icazə verilməsə də etirazçılar parklardan birinə yığışıb Saakyanın istefasını tələb ediblər.
 
Belə vəziyyətdə Azərbaycan qoşunlarının təmas xəttində cəmləşdirilməsi barədə hay-küy Qarabağdakı hərbi-polis rejimi üçün az qala yeganə xilas yolu kimi görünür. Ermənistanda da etirazlar başlayanda Serj Sərkisyanın komandası eyni taktikadan istifadə etdi, amma işə yaramadı.
 
Qatı ermənipərəst rusiyalı ekspert, MDB İnstitutunun direktor müavini Vladimir Yevseyev isə deyir ki, Azərbaycan son hərəkətləri ilə (yəni Naxçıvanda mövqelərin irəli çəkilməsi, Qarabağda qoşun cəmləşdirilməsi, yeni raketlərin nümayişi və s. – red.) Ermənistana təzyiq göstərmək istəyir. Onun fikrincə güc aləti ilə təzyq hələ başlanğıcdır və Nikol Paşinyanın hökumətinin sınağa çəkilməsidir.
 
“Əgər erməni tərəfi bunlara ciddi reaksiya verməsə 2016-cı ilin aprel hərbi əməliyyatlarının təkrarı mümkündür”-Yevseyev “Rusarminfo”ya deyir.
 
Ermənipərəst ekspertin fikrincə hadisələrin iki mümkün inkişaf ssenarisi var. Birinci ssenariyə əsasən Ermənistan Dağlıq Qarabağın ətrafındakı bufer zonasını (ətraf rayonları) özü qaytarır. İkinci ssenariyə əsasən Azərbaycan hərbi əməliyyatlara başlayır.
 
Ermənistanda bu cür təşvişin, narahatlığın hökm sürdüyü bir vaxtda Minsk Qrupu həmsədrləri Yeerevanda keçirdikləri görüşlərin nəticəsi barədə bəyanatla çıxış ediblər. Diplomatların bu səfəri Ermənistanın yeni rəhbərliyi ilə tanışlıq və onların danışıqların davamına nə dərəcədə sadiq olduğunu aydınlaşdırmaq məqsədi daşıyırdı. Hansı ki, baş nazir Paşinyan bir neçə dəfə populist bəyanatlar verərək Ermənistanın Dağlıq Qarabağın adından danışıqlar aparmayacağını, DQR-in danışıqlar masasına qayıtmalı olduğunu demişdi. Bu da elə Ermənistanın özündə də Paşinyanın opponentləri tərəfindən danışıqlardan faktiki imtina kimi dəyərləndirilmişdi.
 
İndi isəhəmsədrlər bəyan edir ki, Ermənistanın yeni rəhbərliyi Azərbaycanla Minsk Qrupu çərçivəsində danışıqları davam etdirməyə hazırdır. Və “çox tezliklə” xarici işlər nazirlərinin görüşünün baş tutacağı gözlənilir.
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Mariya Zaxarova: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib
14:45 18.04.2024
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
14:43 18.04.2024
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
14:37 18.04.2024
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
14:30 18.04.2024
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:25 18.04.2024
Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
14:20 18.04.2024
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
14:15 18.04.2024
Rusiya XİN: Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün ABŞ və Aİ üçün alətdir
14:10 18.04.2024
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
14:04 18.04.2024
“Rus ordusunun Qarabağı tərk etməsi Azərbaycanın siyasi qələbəsidir” - Ukraynalı Deputat - ÖZƏL
14:00 18.04.2024
“Google” İsrailə görə 28 əməkdaşını işdən çıxartdı
13:53 18.04.2024
Türkiyə-Azərbaycan Universitetində 3 məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq - RƏSMİ
13:45 18.04.2024
İsveç Baş naziri COP29-a dəvət edilib
13:40 18.04.2024
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
13:35 18.04.2024
Rusiya və Azərbaycan arasında yeni təşəbbüs -FOTO
13:26 18.04.2024
Məktəblərdə “Son zəng” keçirilməsi qadağan olunur? – Rəsmi AÇIQLAMA
13:13 18.04.2024
Yerli sakinlərin narazılığına görə məscid sökülür -BU ÖLKƏDƏ
Yerli sakinlərin narazılığına görə məscid sökülür -BU ÖLKƏDƏ
13:04 18.04.2024
Təhsil verənlərin sertifikatlaşdırılmasının vaxtı AÇIQLANDI – RƏSMİ
12:52 18.04.2024
Azərbaycan Ordusunun aviasiya vasitələri təlim-məşq uçuşları keçirib - VİDEO
12:45 18.04.2024
Uşaq bağçalarının 40-a yaxın müdiri İŞDƏN ÇIXARILIB – RƏSMİ
12:40 18.04.2024
Ermənilərin Xudavəng monastırında törətdiyi vandalizmlə bağlı lazımi addımlar atılacaq - RƏSMİ
12:35 18.04.2024
Fulya Öztürk: "Azərbaycanlılarla bir-birimizi hər yerdə tapa bilərik" - VİDEO
Fulya Öztürk: "Azərbaycanlılarla bir-birimizi hər yerdə tapa bilərik" - VİDEO
12:27 18.04.2024
Hamısı