Astanada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olundu

Siyasət 04:51 19.06.2018
Azərbaycan Xalq Cümhuriyyəti türk dünyasının dövlətçilik və milli ideoloji fikir tarixində çox önəmli rol oynayıb. Ona görə də Qazaxıstanda təşkil olunan III Humanitar Forumda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin də qeyd olunması əhəmiyyətli hadisədir. Bu barədə Forumun açılış mərasimində Qazaxıstanın dövlət katibi Gülşara Abdıkalıkova bildirib.
 
Beynəlxalq forumda Astananın Qazaxıstanın paytaxtı elan olunmasının 20-ci ildönümünə həsr edilmiş "Sivilizasiyaların harmoniyası və şəhər mədəniyyəti", türk dünyasının böyük şəxsiyyətləri Mağjan Jumabayevin 125, və Çingiz Aytmatovun 90 illik yubileyləri münasibətilə "Türk ədəbi əlaqələri: Ənənə və müasirlik", böyük türkoloq V.Radlovun vəfatının 100, tanınmış elm xadimi V.Tomsenin türk yazısını oxumasının 125 illiyinə həsr olunmuş "Türkologiyanın yeni imkanları" və "Böyük Çölün mənəvi oyanışı", "İnteqrasiyanın elmi aspektləri: istiqamətləri və gələcəyi", habelə "Türk dövlətçilik ənənələrinin xüsusiyyətləri" adlı altı paneldə türk dünyasında elmin inkişafı, Avrasiya bölgəsində elmi inteqrasiya, şəhər mədəniyyəti, türkologiya, türk ədəbiyyatında ənənə və müasirlik, türk dövlətçilik ənənəsinin xüsusiyyətləri kimi məsələlər diqqət mərkəzində olub.
 
Beynəlxalq forumda Azərbaycan, Almaniya, Çin, Qırğızıstan, Monqolustan, Moldova, Özbəkistan, Polşa, Rusiya, Tacikistan, Türkiyə və digər ölkələrdən təxminən 250 alim, tədqiqatçı və mütəxəssis 6 fərqli paneldə aktual mövzularda məruzələr edib və fikir mübadiləsi aparıblar.
 
Üçüncü Beynəlxalq Humanitar Forumun "Türk dövlətçilik ənənələrinin xüsusiyyətləri" adlı paneli bütövlükdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib. Bu bölmədə məruzəçilər Cümhuriyyətin türk dövlətçilik tarixində və milli azadlıq ideyalarının formalaşmasında oynadığı rol barədə müzakirələr aparıblar.
 
Forumun açılış mərasimində bu barədə məlumat verən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli bildirib ki, əsas məqsəd tarixdə silinməz iz buraxan bu hadisələr və şəxsiyyətlərin irsini bütün dünyaya təqdim etməkdir.
 
Qazaxıstanın dövlət katibi Gülşara Abdıkalıkova isə Azərbaycan Xalq Cümhuriyyətinin türk dünyasının dövlətçilik ənənələrində özünəməxsus yerini qeyd edib. “Azərbaycan Xalq Cümhuriyyəti türk dünyasının dövlətçilik və milli ideoloji fikir tarixində çox önəmli rol oynayıb. Bu məqsədlə Qazaxıstanda təşkil olunan forumda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin də qeyd olunması əhəmiyyətli hadisədir. Biz tariximizdə silinməz iz qoyan bu cür əhəmiyyətli hadisələr və böyük şəxsiyyətləri beynəlxalq əhəmiyyətli forumda xatırlamaqla onların gələcək nəsillərə çatdırılmasını təmin edirik”, - deyə o bildirib.
 
Professor Aygün Əttar Azərbaycan Xalq Cümhuriyyətinin yubiley tədbirlərinin beynəlxalq səviyyədə, o cümlədən Qazaxıstanda da qeyd olunmasından məmnunluğunu bildirib.
 
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının keçmiş baş katibi Xəlil Akıncı Azərbaycanın tarix boyunca təkcə Qafqazda deyil, Anadoluda və Mərkəzi Asiyada da milli dövlətçilik ideologiyasının və milli düşüncənin formalaşmasında vacib rol oynadığına diqqət çəkib.
 
Azərbaycan da daxil olmaqla dünyanın 20-dək ölkəsindən 150 nüfuzlu alim, tədqiqatçı və ictimai xadimlərin qatıldığı forumda aktual mövzularda müzakirələr aparılıb. Dörd ölkə tərəfindən Beynəlxalq Türk Akademiyası nəzdində Altaistika, Türkologiya və Monqolistika Mərkəzinin yaradılması barədə sənəd imzalanıb, türkologiyanın inkişafındakı xidmətlərinə görə bir neçə nüfuzlu alimə akademiyanın qızıl medalı təqdim edilib.
 
Qeyd edək ki, forumun işində Qazaxıstan rəsmiləri ilə yanaşı, UNESCO, ISESCO, İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondu, Türk Şurası və TürkPA kimi beynəlxalq təşkilatların rəhbərləri və səlahiyyətli nümayəndələri də iştirak ediblər. 
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Gözlənilən sülh sazişi bu il imzalanacaq? - Endryu Koribko ilə ÖZƏL MÜSAHİBƏ
15:24 23.04.2024
Hamısı