Paşinyan Azərbaycanlı əsirləri qul kimi işlədən generala cinayət işi açdırdı Qriqoryan Bakıya VERİLİR?

Siyasət 13:44 19.06.2018
Ermənistanın baş naziri Nikol Paşinyan Serj Sarkisyan dövründən qalmış oliqarxları təmizləmə əməliyyatına start verib.
 
Ermənistanın müdafiə nazirinin sabiq müavini, “milli qəhrəman” Manvel Qriqoryanla bağlı cinayət işinin açılması əməliyyatın ilk addımı hesab olunur.
 
Ermənistanın baş prokuroru Artur Davtyan parlamentin spikerinə hazırda deputat mandatı daşıyan Manvel Qriqoryanla bağlı cinayət işinin açılmasına razılıq verməsi üçün müraciət ünvanlayıb.
 
Məlumata görə, Qriqoryanın külli miqdarda qanunsuz silah-sursat saxlamayua görə ittiham olunur.
 
Əslində bu maddə Qriqoryanın həbsi üçün hazırlanmış iddiadır. Əsas məsələ Paşinyanın təmizləmə əməliyyatına başlamasıdır.
 
Manvel Qriqoryan Xocalı soyqırımının törədilməsi, Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin, mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib. Həmçinin, müharibədən sonra azərbaycanlı əsirləri illərlə öz həyətində qul kimi işlədib.
 
Müharibədən varlanmış və “qəhrəman” olaraq çıxan Qriqoryan sonrakı dövrdə parlamentin deputatı və “Yerparka” könüllülər ittifaqının sədri kimi siyasi postlarda təmsil olunmaqla yanaşı, özünə biznes imperiyası da yaradıb.
 
Qriqoryan I Qarabağ müharibəsindən sonra “aprel müharibəsi”ndə də ortaya çıxdı. Ermənistan ordusunda fərariliyin artmasından sonra Qriqoryan könüllüləri başına toplayaraq, Qarabağda Azərbaycan Ordusuna qarşı vuruşmağa gəldi. Lakin nəticə etibarilə heç nə edə bilmədilər.
 
Ermənistan mediası indi yazır ki, Qriqoryan “aprel müharibəsi”ndən sonra Qarabağda qalaraq, pul qazanırmış. Onun 3 ay ərzində Azərbaycanın işğal edilmiş torpaqlarında öz statusundan istifadə edərək, pul topladığı deyilir. Yalnız şikayətlərdən sonra Serj Sarkisyan Qriqoryanı geri çağırıb.
 
Ermənistanda inqilab baş verən zaman Qriqoryaqn oğlunun mer olduğu Eçmiəzdin şəhərində Paşinyana qarşı barrikadalar qurmuşdu. İndi qisas növbəsi Paşinyanındır.
 
Azərbaycanın Xarici İşlər Nazirliyi də Xocalı soyqırımının iştirakçılarından olan Qriqoryanın həbsinə münasibət bildirib.
 
“Təəssüf ki, Manvel Qriqoryana qarşı başlanılan cinayət işi onun yalnız Ermənistanda törətdiyi iqtisadi cinayətlərlə məhdudlaşır. Cinayət işinin tərkib hissəsi olaraq onun müharibə dövründə törətdiyi hərbi cinayətləri, xüsusilə özünün etiraf etdiyi kimi əsir və girov götürülmüş yüzlərlə azərbaycanlının taleyi və onlara qarşı törədilmiş əməllər araşdırılmalıdır. Ümid etmək istərdik ki, beynəlxalq insan hüquqları müdafiəsi təşkilatları, o cümlədən Avropa Şurası bu məsələdə fəallıq nümayiş etdirəcəklər”, - deyə XİN-in sözçüsü Hikmət Hacıyev bildirib.
 
Reallaşması çətin də olsa Paşinyanın Qriqoryan kimi hərbi cinayətkarları Azərbaycana təhvil verməsi ehtimalı Ermənistanın yeni hökumətinin gələcəyi baxımından ən düzgün addım ola bilər. Bununla Paşinyan həm sülh tərəfdarı olduqlarını nümayiş etdirmiş olar, həm də keçmiş hərbi xuntanın cəzalandırılmasına nail ola bilər. Lakin Paşinyan buna gedəcəkmi? Bu sualın cavabının müsbət olması ehtimalı sıfıra bərabərdir. Hərçənd, keçmiş hərbi xuntanın törətdiyi bəşəri cinayətləri ört-basdır etmək Paşinyan rejiminin də gələcəyini təhlükə altına alacaq.(publika.az)
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı