Ordumuzun yeni döyüş taktikası İrəvanı SİLKƏLƏDİ Düşmən TƏCİLİ TOPLANDI

Siyasət 14:59 22.06.2018

Ermənistanda yeni hakimiyyət hərbi aviasiyanı gücləndirmək istiqamətində fəal işə başlayıb.

Bu ölkənin mediası xəbər verir ki, dünən müdafiə naziri David Tonoyan və milli təhlükəsizlik şurasının katibi Armen Qriqoryan Müdafiə Nazirliyinin inzibati kompleksində görüşüb.

Erməni nazirlər hərbi aviasiyanın gücləndirilməsi üzrə proqramların hazırlanmasını müzakirə ediblər.

Ermənistanın hərbi aviasiyanı gücləndirməsi müharibə hazırlığı olaraq qiymətləndirilir. 2016-cı ilin “aprel müharibəsi” zamanı Azərbaycanın hərbi aviasiyası işğalçı ölkəni darmadağın etdi. Bu, ermənilər üçün növbəti dərs idi. Görünür, Paşinyan hakimiyyəti müasir müharibədə ən vacib komponent olan hərbi aviasiyanı qurmaq istəyir.

Paşinyanın Rusiya istehsalı olan Su-30SM təyyarəsində foto çəkdirərək, paylaşması da İrəvanın Sarkisyan dövründə bağlanmış müqaviləyə əsasən ruslardan 12 ədəd bu tipli qırıcını almağı planlaşdırdığını ortaya çıxardı.

“Regnum” agentliyinin hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Ermənistan yaxın 1-2 ildə Rusiyadan böyük partiyada Su-30SM almaq niyyətindədir. Bu təyyarələrin böyük hissəsi Azərbaycanın işğal edilmiş ərazilərindəki erməni hərbi hissələrinə yerləşdiriləcək.

“Su-30SM təyyarələri İrəvanın və Xankəndinin müdafiəsini, həmçinin, hücum imkanlarını gücləndirəcək. Bununla yanaşı, Azərbaycanın strateji neft-qaz infrastrukturunu təhlükə altına qoyacaq”, - deyə ermənipərəst agentlik yazırdı.

“Kommersant” nəşri isə Ermənistana Su-30SM-lərin verilməsinin Azərbaycan tərəfindən narazılıqla qarşılanacağını yazır.

Strategiya və texnologiyaların analizi mərkəzinin eksperti Konstantin Makienko hesab edir ki, Rusiyanın Ermənistana müasir döyüş aviasiya komplekslərinin verməsi Azərbaycanı Qərbdən döyüş təyyarələri almağa sövq edə bilər.

“Belə presedentlər artıq var. Misal üçün, İrəvana “İskəndər” veriləndən sonra Azərbaycan Belarusdan “Polonez” raket sistemlərini aldı. Buna görə də Ermənistana Su-30SM verilirsə, Azərbaycana da Su-35 təyyarələri təklif edilməlidir”, - deyə rusiyalı ekspert təklif edir.

Ermənistanın yeni rəhbərliyi “Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakını” irəli sürməklə sülh istəmədiyini göstərdi. Bu situasiyada Bakı üçün yeganə yol hərbi variantdır. Əslində Naxçıvan istiqamətində 11 min hektar ərazinin işğaldan azad edilməsi Azərbaycanın gözləmə mövqeyində dayanmadığını sübuta yetirir.

“Rosbalt” agentliyi yazır ki, Azərbaycan yeni taktikaya keçir və əraziləri addım-addım azad edir: “Münaqişə zonasında baş verənlər deməyə əsas verir ki, Azərbaycan ərazilərin azad edilməsi ilə bağlı yeni strateji taktikaya keçir”.


Ermənistan mediası yazır ki, Tonoyanla Qriqoryanın görüşü Paşinyanın göstərişi ilə baş tutub və hədəf gələcək müharibədə hərbi aviasiyanı formalaşdırmaqdır.

Göründüyü kimi, sülh danışıqlarını tormozlayan Ermənistan açıq şəkildə müharibəyə hazlırlaşır.

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
Hamısı