İsrailin Doqquzuncu televiziya kanalında İsrail-Azərbaycan strateji tərəfdaşlığı şərh edilib

Siyasət 20:13 22.06.2018

Müasir mərhələdə İsrail dövləti ilə Azərbaycan arasında əməkdaşlıq və tərəfdaşlığın etimada əsaslanan dostluq telləri dünyanın əksər ölkələri üçün əsl modeldir. Bu ölkələr ən çətin anlarda həmişə bir-birinin yanında olur, qarşılıqlı dəstək hiss edirlər. Bu möhkəm tərəfdaşlığın mühüm səbəblərindən biri insan amili – azərbaycanlılarla bu ölkədə yaşayan yəhudilər arasında qədim və sıx dostluq münasibətləridir. İki dövlətin həyat fəaliyyətinin demək olar ki, bütün sahələrində qarşılıqlı münasibətlər kifayət qədər yüksək səviyyədədir.

Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionuna nəzər salsaq, açıq-aşkar görünür ki, bu ölkə çox mürəkkəb geosiyasi məkanda yerləşir. Burada Rusiya, Türkiyə və İran kimi mürəkkəb, proqnozlaşdırılması çətin olan geosiyasi aktorlar mövcuddur. Lakin bu mürəkkəb geosiyasi labirintə baxmayaraq, Azərbaycan özünün çoxvektorlu xarici siyasətini uğurla həyata keçirir və ölkədə sabitliyi qoruyub saxlamağa nail olur.

İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qut bu fikirləri İsrailin Doqquzuncu televiziya kanalının “Den” informasiya-analitik verilişinin populyar aparıcısı Vladimir Rav-Tsion ilə müsahibədə söyləyib.

İsrailli ekspert deyib: “Biz çox gözəl başa düşürük ki, Azərbaycan-İsrail strateji tərəfdaşlığı regionda çox dövləti qıcıqlandırır. Bu, ilk növbədə Azərbaycan ərazinin 20 faizini işğal etmiş Ermənistana aiddir. İşğal nəticəsində Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkün yaranıb. Belə mürəkkəb geosiyasi şəraitdə rəsmi Bakı ilə İsrail Dövləti arasında çox yaxşı münasibətlər var, bu ölkələr arasında iqtisadi əlaqələr, siyasi dialoq və etimad ən yüksək səviyyədədir”.

Arye Qut vurğulayıb ki, İsrail dünya bazarında Azərbaycan neftinin ən iri alıcısıdır. O deyib: “Hərbi-strateji tərəfdaşlıq möhkəmlənir. İsrailin Baş naziri Binyamin Netanyahunun Bakıya tarixi səfəri zamanı Prezident İlham Əliyev deyib ki, ölkələrimiz arasında hərbi-strateji tərəfdaşlığın həcmi 5,5 milyard dollara bərabərdir”.

Beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qut İsrailin Doqquzuncu televiziya kanalının “Den” informasiya-analitik proqramının birbaşa efirində çıxışını bu sözlərlə tamamlayıb: “Ölkələrimiz arasında tərəfdaşlıq və əməkdaşlıq telləri çoxdur, lakin bizim münasibətlərimizdə başlıca və ən mühüm məsələ insan amilidir. Bu gün Azərbaycanda 25 minlik yəhudi icması ən yaxşı şəraitdə yaşayır. Azərbaycanda heç vaxt antisemitizm olmayıb və əslən Azərbaycandan olan bizlər İsraildə bu fakta görə çox fəxr edirik. Azərbaycan Prezidentinin himayəsi ilə ölkədə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilib. 2018-ci ilin payızında Azərbaycanda yəhudi muzeyi açılması planlaşdırılır. Bu, bütün Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycanın İsrail ilə bu cür sıx dialoq, əməkdaşlıq və tərəfdaşlıq yaratmasına kiminsə şübhəsi varsa, qoy həmin şəxslər Azərbaycanın Quba rayonunda yəhudilər yaşayan məşhur Qırmızı Qəsəbəyə baxsın.

İsrail ilə Azərbaycan arasında, həmçinin azərbaycanlı müsəlmanlar və Azərbaycan yəhudiləri arasında münasibətləri təkcə qarşılıqlı maraq ilə izah etmək olmaz. Müasir dövrdə Azərbaycan-İsrail münasibətləri ortaq dəyərlərə və ortaq tarixə əsaslanır. Bu iki ölkə arasında insani əlaqələr və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qətiyyəti hər iki ölkəni zənginləşdirir.

Aşkar görünür ki, Azərbaycanda yəhudilərlə müsəlmanlar qardaş kimi dinc yanaşı yaşayıblar və bu gün də belə yaşayırlar. Ortaq tarix və ortaq tale bu iki xalqı həmişəlik bir-birinə bağlayıb və heç bir qüvvə buna mane ola bilməz”.

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Hamısı