İlham Əliyev nazirin ölümü ilə əlaqədar başsağlığı verdi

Siyasət 15:30 24.06.2018

Müdafiə sənayesi naziri Yavər Camalov 2018-ci il iyunun 23-də ömrünün 69-cu ilində vəfat edib.

Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri Y. Camalovun vəfatı ilə əlaqədar başsağlığı verib.

Nekroloqda bildirilir ki, Y. Camalov 1949-cu il oktyabr ayının 17-də Sabirabad rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1967–1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakültəsində neft və qaz yataqlarının işlənməsi texnologiyası və kompleks mexanikləşdirilməsi ixtisası üzrə ali təhsil alıb. Əmək fəaliyyətinə 1972-ci ildə “Siyəzənneft” Neft və Qaz Çıxarma İdarəsində operator kimi başlayan Yavər Camalov 1973–1995-ci illərdə “Şirvanneft” Neft və Qaz Çıxarma İdarəsində neft-qaz çıxarma üzrə mühəndis, böyük mühəndis, növbə rəisi, texnologiya üzrə rəis müavini və rəis vəzifələrində çalışıb. O, 1995–2003-cü illərdə ARDNŞ-in “Quruda Neft və Qaz Çıxarma” İstehsalat Birliyinin, 2003–2006-cı illərdə isə “Azneft” İstehsalat Birliyinin baş direktoru olub. 2006-cı ildən ömrünün sonunadək Y. Camalov müdafiə sənayesi naziri vəzifəsində işləyib. Y. Camalov tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə daim işgüzarlıq, peşəkarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirib. Yüksək tələbkarlığı, dərin məsuliyyət hissi və dövlətçilik prinsiplərinə sadiqliyi ona böyük hörmət qazandırıb. O, uzun illər boyu Azərbaycanın neft sənayesinin inkişafı naminə bilik və bacarığını əsirgəmədən, var gücünü sərf edərək ölkə iqtisadiyyatının yüksəlişinə töhfələr verib.

Nekroloqda qeyd edilir ki, Azərbaycan Respublikasında müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin uğurla həyata keçirilməsində Y. Camalovun özünəməxsus xidmətləri var: “Onun bir nazir kimi rəhbərlik etdiyi dövr ərzində nazirliyin müəssisələrində çox sayda yeni istehsal sahələri yaradılmaqla yanaşı, qurumun müasir tələblərə uyğun səmərəli fəaliyyəti nəticəsində ölkədə hərbi təyinatlı məhsulların çeşidi artıb və keyfiyyəti yüksəlmiş, müdafiə sənayesinin idxaldan asılılığının aradan qaldırılması istiqamətində nailiyyətlər əldə olunub və ümumilikdə Azərbaycan Ordusunun müasir silah növləri ilə təmin edilməsi üçün zəruri addımlar atılıb. Yavər Camalovun ölkənin iqtisadi inkişafındakı xidmətləri daim yüksək qiymətləndirilib. O, “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş və müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib. Tanınmış ictimai-siyasi xadim, bacarıqlı təşkilatçı və səmimi insan Yavər Camalovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq. Allah rəhmət eləsin!”.

İlham Əliyev

Mehriban Əliyeva

Novruz Məmmədov

Oqtay Əsədov

Ramiz Mehdiyev

Hacıbala Abutalıbov

Əli Əsədov

Akif Əlizadə

Zakir Həsənov

Ramil Usubov

Elçin Quliyev

Rövnəq Abdullayev

Xoşbəxt Yusifzadə

Yəhya Musayev

Tofiq Rəfiyev

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Hamısı