"Gəncədə xaricdən idarə olunan azsaylı radikal dini qrup var" Prezident Administrasiyasının şöbə müdiri

Siyasət 13:30 15.07.2018

"Hazırda Gəncə şəhərində təyinatı üzrə altı məscid və bir ziyarətgah kompleksi fəaliyyət göstərir. Həmin ibadət yerlərinə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi din xadimləri təyin edilib və onlara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə maddi dəstək verilir. Dövlətimizin gördüyü bu işləri həqiqi və saf dini dəyərləri yaşayan dindarlarımız yüksək səviyyədə qiymətləndirir, Azərbaycan hökumətinin həyata keçirdiyi tolerant və multikultural siyasəti dəstəkləyirlər".

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bunu "Xalq" qəzetində işıq üzü görən "Azərbaycanın multikulturalizm siyasəti ölkədaxili sabitliyin qarantıdır" başlıqlı məqaləsində yazıb.

E. Nəcəfov yazıb ki, təəssüf ki, Gəncədə ölkədəki mövcud etiqad azadlığından sui-istifadə edən, xaricdən idarə olunan azsaylı radikal dini qrup da var ki, bəzi din xadimlərini qəbul etmir, məscidlərə gəlmir, mötədil dindarlarla eyni səfdə ibadət etmək istəmir: "Həmin qrupun mənsubları şəhərdə müxtəlif vaxtlarda təxribatlar törədərək, ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. Araşdırmalar göstərir ki, xarici qüvvələrin və onların yerlərdəki əlaltılarının məqsədi Azərbaycanda dünyəvi sistemi dəyişərək, şəriət prinsipləri ilə idarə olunan dövlət qurmaqdır. İğtişaşlar törətmək, cəmiyyəti xaos və hərc-mərcliyə sürükləmək, dövlət orqanlarının nümayəndələrinə qarşı zorakılıq tətbiq etmək onların əsas mübarizə metodlarındandır. Buna misal olaraq, həmin qrupun üzvləri tərəfindən Gəncədə 2011-2012-ci illərdə qanunsuz küçə yürüşləri təşkil etmək yolu ilə ictimai asayişi pozmaları, 2015-ci ildə Aşura mərasimi zamanı hüquq-mühafizə orqanlarına hücum çəkmələri və analoji hadisənin ötən il Tasua axşamı İmamzadə ziyarətgahında təkrarlanması göstərilə bilər. Əslində, bu radikal qrupun fəaliyyəti 2015-cı ilin noyabrında Nardaranda terror hadisəsi törədən qeyri-qanuni Müsəlman Birliyi Hərəkatının fəaliyyəti fonunda dəyərləndirilməlidir. Məlumatlara görə, həmin terror hadisəsi ilə əlaqədar Gəncə şəhərində 11 nəfər barədə cinayət işi qaldırılıb, onlardan beş nəfəri həbs olunub. Bununla yanaşı, Gəncədəki sözügedən ekstremist dini qrupun üzvləri arasında Müsəlman Birliyi Hərəkatının ifrat ideyalarına bağlılıq və liderlərinə rəğbət hissi 2018-ci il iyulun 3-də Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərov tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı həyata keçirilən sui-qəsddə də özünü göstərdi. Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında göstərildiyi kimi, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub. O, bu məqsədini həyata keçirmək üçün Müsəlman Birliyi Hərəkatı adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb və onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərib".

Prezidenti Administrasiyasının şöbə müdiri qeyd edib ki, terror öz tələblərinə nail olmaq məqsədilə qarşı tərəfdə qorxu hissinin yayılmasına yönələn və məqsədyönlü şəkildə həyata keçirilən zorakılıq aktıdır: "Lakin Azərbaycanda xaos və hərc-mərcliyin yaranmasında maraqlı olan xaricdəki və daxildəki qüvvələr Yunis Səfərovun dövlət nümayəndəsinə qarşı törətdiyi terror əməlini tam başqa ampluada təqdim edərək, buna qəhrəmanlıq donu geyindirib öz təxribatçı planlarını həyata keçirmək üçün bir fürsət bildilər. Həmin qüvvələr geniş xalq kütlələrini Azərbaycan hakimiyyətinə qarşı qaldırmaq məqsədilə sosial şəbəkələrdə bu cinayət əməlinə "Yunis hərəkatı”, "Yunis müqaviməti” adları qoydular. Diqqətçəkən məqam ondan ibarətdir ki, xaricdə siyasi sığınacaq almış, özlərini Avropa dəyərlərinin müdafiəçiləri və liberal düşərgənin təmsilçiləri kimi təqdim edən bəzi qruplar, habelə erməni və digər dövlətlərin xüsusi xidmət orqanları ilə işbirliyi quran separatçı dairələr Gəncədəki hadisədən öz maraqları naminə istifadə etməyə cəhd göstərdilər. Onlar bəyan etdikləri demokratik prinsiplərə xilaf çıxaraq, radikal dini baxışlarına görə cinayət törətmiş Y.Səfərovun, guya pozulmuş hüquqları uğrunda dəstək kampaniyasına start verib, əhalini hakimiyyətə qarşı qaldırmağa çalışdılar. Azərbaycan xalqına öz mənfur separatçı əməlləri ilə yaxşı məlum olan Ələkrəm Hümbətovun Hollandiyada Yunis Səfərovun İctimai Müdafiə Komitəsini yaratması, Ermənistandan yayımlanan separatçı verilişlərin müəllifi Zabil Məhərrəmovun, yaxud özünü Kanada Radikal Hərəkatının rəhbəri kimi təqdim edən Sahib Teymurovun provokasiya mahiyyətli videomüraciətləri bunun əyani sübutudur. Sadalanan faktlar bir daha Qərbdə özlərini "siyasi mühacir” kimi qələmə verənlərin iç üzünü göstərdi. Onlar "məqsədə çatmaq üçün hər vasitə məqbuldur” prinsipi ilə hərəkət edərək, Azərbaycan hakimiyyətinin devrilməsi naminə terrorçu ünsürlərlə belə işbirliyi qurmağa hazırdırlar. Vətəndaşlarımız dövlətimizin sütunlarının yıxılmasına yönələn bütün bu səylərin əsl mahiyyətini siyasi müdrikliklə sezərək, birmənalı şəkildə təxribatçı çağırışları rədd etdilər. Əsl vətəndaşlıq mövqeyi sərgiləyən Gəncə sakinləri polis zabitlərindən birinin qətlində şübhəli bilinən Fərrux Xəqani oğlu Qasımovun tutularaq istintaqa təhvil verilməsində yaxından kömək göstərdilər. Digər qatil isə hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən məhv edildi".

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas - VİDEO
14:49 26.04.2024
Hamısı