Ermənistan NATO ilə əməkdaşlığını Əfqanıstan və Kosovadakı sülhməramlı missiyalar çərçivəsində davam etdirmək niyyətindədir.
Bunu “Kommersant” qəzetinə müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. Onun sözlərinə görə, bunun sayəsində Ermənistan NATO ilə aktiv əlaqələrə sahib olan Azərbaycan kimi geniş təcrübəyə sahiblənərək, Bakıya qarşı Qarabağla bağlı müqavimətin effektivliyini artırmaq istəyir:
“Azərbaycanlı zabitlər Türkiyədə təhsil alırlar. NATO ilə əməkdaşlıq edərək biz bu strukturu anlamağa və Azərbaycan ordusunun necə çalışdığını başa düşməyə çalışırıq”.
O, həmçinin Ermənistanın bundan sonra da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalacağını bildirib.