"ABŞ Bakı ilə İrəvanı barışdırıb və ..." Fransalı şərhçi Vaşinqtonun sensasiyalı böyük planını açdı

Siyasət 13:15 18.07.2018

ABŞ Cənubi Qafqazda Azərbaycan və Ermənistanı barışdırıb İrana qarşı böyük koalisiya yaratmaq istəyir.

Bu iddia ilə fransalı şərhçi Olivye Morel çıxış edib.

Onun fikrincə, amerikalı ideoloqlar hesab edirlər ki, münaqişə Dağlıq Qarabağın mərhələli şəkildə Azərbaycana qaytarılması çərçivəsində həll olunmalıdır: “Ermənistanın yeni baş naziri Nikol Paşinyan Vaşinqtondan dəstək almaq üçün bu ssenari ilə razılaşmağa hazırdır. Diqqətçəkən məqamlardan biri odur ki, Ermənistan kimi kiçik ölkədə ABŞ-ın böyük diplomatik korpusu mövcuddur. Görünür, Ermənistan Amerikanın ciddi nəzarəti altındadır”.

Ekspert qeyd edir ki, ABŞ Qarabağ münaqişəsinin nizama salınmasında Rusiyanın aparıcı vasitəçi olmasını da sıradan çıxarmaq və özünün əsas təşəbbüskar kimi çıxış etməsini təmin etmək istəyir.

“Ruslar “Lavrov planı” ilə münaqişəni həll etmək və dominantlığı qorumaq niyyətindədir. ABŞ isə buna qarşı öz variantlarını hazırlayır. ABŞ-ın Ermənistana marağının böyük olması təsadüfi deyil. ABŞ Milli təhlükəsizlik layihəsinin analitiki Daniel Trumanın fikrincə, Ermənistan dünyanın ən təhlükəli regionunda strateji mövqeyə sahibdir. Belə ki, bu ölkə Ön Asiya və Avropaya çıxışı bağlayaraq, Cənubi Qafqazda türklərə qarşı İranın tarixi müttəfiqidir. Bu gün Ermənistan İranın yeganə sakit sərhədidir. Tehran Ermənistanı fars imperiyasının müvəqqəti itirilmiş ərazisi kimi qəbul edir. Ona görə də ötən il Ermənistanın Gürcüstanda və Rumıniyada keçirilən NATO təlimlərimdə iştirakını “kürəyə zərbə” olaraq qiymətləndirdi. Ermənistan üçün regionda İrandan başqa müttəfiq yoxdur. Çünki Azərbaycan, Türkiyə və Gürcüstan birgə ittifaq qurur, İrəvan üçünsə yeganə yol Tehran qalır. İrana hücuma hazırlaşan ABŞ üçün Dağlıq Qarabağ münaqişəsinin tərəflərindən birini seçmək lazım gələcək. Lakin amerikalı ideoloqlar münaqişəni həll edərək, İrana qarşı regionda koalisiyanı gücləndirmək istəyirlər. Şimali İranda pantürkizm əhval-ruhiyyəsi güclüdür və artıq orada vəziyyət lazımi formada közərdilib. Bu bölgədə mərkəzdənqaçma meylləri ABŞ-ın qurduğu koalisiya ilə birlikdə İrana hücumunu tezləşdirə bilər”, - deyə o vurğulayıb.

O.Morel Ermənistanda hakimiyyət dəyişikliyinə diqqət çəkərək, bunun ABŞ-ın planı olduğunu qeyd edib: “Ermənistandakı çevriliş Rusiyanı çətin vəziyyətə saldı. Moskva indi İrəvan və Bakı arasında seçim etməlidir ki, bu da onun mövqelərinin zəifləməsi ilə nəticələnəcək. Türkiyə hazırda Azərbaycan kimi İranla yaxşı münasibətlərə malikdir. Gürcüstanın İranla sərhədi yoxdur. Tamamilə məntiqlidir ki, ABŞ Ermənistanda siyasi rejimi dəyişdirərək, regionda özünün forpostunu yaradır. ABŞ faktiki olaraq, regionda Rusiya və İrana qarşı qoya biləcək ölkə axtarır. ABŞ-ın Rusiya və İranla münasibətlərinin sonrakı eskalasiyası Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllinə marağını artıracaq. Amerika müharibənin müstəvisini genişləndirmək üçün strateji rəqiblərinə problemlər yaratmağa davam edəcək. Təbii ki, bunun uğurlu olub-olmayacağını zaman göstərəcək. Digər tərəfdən, Rusiyanın dəfələrlə bölgədə qurulan oyunu pozmağı bacarıdığı unudulmamalıdır”. (publika)

Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO

Xəbər xətti

"Ermənistan işğal etdiyi əraziləri viran qoyub" - Elnur Məmmədov
13:20 23.04.2024
Sabah Bakıda 29 dərəcə isti olacaq – PROQNOZ
13:19 23.04.2024
Azərbaycanda yeni dövlət rüsumu MÜƏYYƏNLƏŞİR
13:10 23.04.2024
Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir
13:05 23.04.2024
Körpələr evindəki qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI
12:58 23.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:49 23.04.2024
Hərbi xidmətdən yayınmaları təşkil etməkdə təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi BAŞLAYIR
12:43 23.04.2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır
12:42 23.04.2024
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü
12:39 23.04.2024
Qazaxla sərhəddə ermənilər arasında dava düşdü - VİDEO
12:36 23.04.2024
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
12:34 23.04.2024
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
12:27 23.04.2024
Umud Mirzəyev: "Revanşist siyasət Ermənistanı fəlakətə apardı"
12:22 23.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
12:15 23.04.2024
Çin ABŞ qadağalarına məhəl qoymur
Çin ABŞ qadağalarına məhəl qoymur
12:10 23.04.2024
Haaqada “Ermənistan Azərbaycana qarşı” işi üzrə Azərbaycan nümayəndəliyinin növbəti müdafiəsi keçirilir - CANLI - VİDEO
12:09 23.04.2024
ATƏT Qərbi Azərbaycanlıların geri qayıdış hüququnu dəstəkləməlidir - BƏYANAT
12:05 23.04.2024
Siyavuş Novruzov: “Əli Kərimlinin cəsarəti çatırsa, gəlsin, ona başa salaq ki..."
11:52 23.04.2024
Aİ yenidən Rusiya qazına üz tutdu
Aİ yenidən Rusiya qazına üz tutdu
11:50 23.04.2024
Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO
11:49 23.04.2024
RƏSMİ! Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı
11:41 23.04.2024
Ermənistan DİN minatəmizləmə işlərinin aparılması üçün Bağanis-Voskepar yolunu bağlayıb
11:31 23.04.2024
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:15 23.04.2024
Sosial ödənişlər 25 apreldə yekunlaşacaq
11:10 23.04.2024
Milli Məclisin növbəti iclası başlayıb
11:04 23.04.2024
Ermənistandan Azərbaycana qarşı növbəti əsassız İDDİA - VİDEO
11:04 23.04.2024
Sülhməramlıların Qarabağı tərk etməsi, Cənubi Qafqazda sülh, III Dünya Müharibəsi? - Politoloq Əlimusa İbrahimovla MÜSAHİBƏ
11:00 23.04.2024
Rəsmi Tehran: "İran Azərbaycan və Ermənistan arasında razılaşmalara hörmətlə yanaşır"
10:55 23.04.2024
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
10:32 23.04.2024
Ermənilər Aşağı Əskiparadan toplanan minaları partladacaq
10:27 23.04.2024
2 nəfər Çinli casusluqda ittiham olunur
2 nəfər Çinli casusluqda ittiham olunur
10:20 23.04.2024
Politoloq: "İran Azərbaycanı özü üçün potensial təhdid görür" - ŞƏRH
10:13 23.04.2024
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
10:07 23.04.2024
Artan ailədaxili münaqişələr, cinayətlər... - Günahkar kimlərdir? - Ekspertlərin RƏYİNDƏ
10:00 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
09:51 23.04.2024
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
09:45 23.04.2024
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
09:40 23.04.2024
Polşadan Rusiyaya “nüvə” hədəsi
Polşadan Rusiyaya “nüvə” hədəsi
09:37 23.04.2024
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
09:34 23.04.2024
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:30 23.04.2024
Hamısı