"Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi mətbuatımızın milli ruhu saxlamasında mühüm rol oynadı" Əli Həsənov

Siyasət 22:02 20.07.2018
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan milli mətbuatının 143-cü ildönümü münasibətilə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
 
Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, KİV rəhbərləri və digər qonaqlar iştirak ediblər.
 
Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqədə 66 kütləvi informasiya vasitəsi iştirak edib və müsabiqəyə 162 yazı daxil olub: "Yazılar ekspertlər tərəfindən qiymətləndirilib və hər istiqamətdə 6 yazı qalib elan olunub. Birinci yer üzrə 1, ikinci yer üzrə 2, 3-cü yer üzrə isə 3 yer müəyyən edilib. Ümumilikdə 19 istiqamət üzrə 114 yazı qalib elan olunub".
 
V.Səfərli qeyd edib ki, Fond 9 ildən artıqdır ki, fəaliyyət göstərir. Onun sözlərinə görə, bu illər ərzində 35 milyon manatdan çox vəsait ayrılıb və əsasən çap mediasının inkişafına, maddi- texniki bazasının möhkəmləndirilməsinə yönəldilib.
 
Tədbirdə çıxış edən Ə.Həsənov bildirib ki, bu il Azərbaycan öz dövlətçilik tarixinin mühüm bir mərhələsini qeyd edir: "Biz bir müddət əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd etdik. Azərbaycan Xalq Cümhurəyyəti Azərbaycan dövlətçilik tarixinin mühüm bir mərhələsini təşkil edir. Düzdür, bizim dövlətçilik tariximiz heç də 100 il bundan əvvəl başlamır, Azərbaycan dövlətçilik tarixi 1000 ildən artıqdır. Biz Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edərkən Azərbaycan mediasının da bayramını qeyd etməyi unutmuruq. Azərbaycan mediasının tarixi Azərbaycan Xalq Cümhurəyyətindən bir az da irəli gedir. Bildiyiniz kimi, 1875-ci ildə maarifçi alim, qabaqcıl ziyalı, Azərbaycan xalqının maariflənməsində, təhsilin inkişafında və sonrakı inkişafında önəmli xidmətləri olmuş Həsən bəy Zərdabinin bilavasitə təşəbbüsü ilə "Əkinçi" qəzeti yaranıb".
 
PA rəsmisi qeyd edib ki, "Əkinçi"yə gələn yol uzunmüddətli milli, mədəni, mənəvi inkişafın nəticəsi idi: "Azərbaycan Rusiya imperiyasının tərkibində olan zaman Azərbaycan xalqının maariflənməsini heç də istəmirdilər və "Əkinçi" qəzeti cəmi iki il fəaliyyət göstərdi. Qəzetin fəaliyyətini dayandırmasında yenə bizim azərbaycanlı olmağımız, bizim müsəlman olmağımız, türk olmağımız öz sözünü dedi, rolunu oynadı. O zaman Rusiya və Osmanlı müharibəsi başladı. Belə bir şəraitdə, əlbəttə Həsən bəy Zərdabinin başçılıq etdiyi "Əkinçi" qəzetində türkə təəssüf hissi müşahidə edilirdi və bu səbəbdən ermənilər tərəfindən çar Rusiyasına müəyyən danoslar yazıldı və qəzetin bağlanmasına rəvac verildi. Ancaq "Əkinçi"nin bağlanması ilə Azərbaycan mediası öz inkişafını dayandırmadı. "Əkinçi" məktəbində formalaşan ziyalılar Azərbaycan mediasının sonrakı inkişafına öz dəstəklərini verdilər".
 
Ə.Həsənov qeyd edib ki, Üzeyir Hacıbəyovun təsis etdiyi "Azərbaycan" qəzeti, ilk baş redaktorunun Əlimərdan bəy Topçubaşov olan "Kaspi" qəzeti Azərbaycan mediasının inkişafında çox böyük xidmət göstərib.
 
PA rəsmisi vurğulayıb ki, AXC süquta uğrayandan sonra Azərbaycan Sovet İttifaqı tərkibinə daxil oldu: "O zaman sosializm prinsiplərinə əməl edərək imkan verilən çərçivədə mediamızı, milli-mənəvi dəyərlərimizi, maarifçiliyimizi və digər dəyərlərimizi inkişaf etdirmək məcburiyyətində qaldıq. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyinin birinci dövründə 1978-ci ildə Azərbaycan dilinin dövlət dili elan edilməsi həmin dövrdə Azərbaycan mediasının inkişafına öz təkanını verdi".
 
Ə.Həsənov bildirib ki, müstəqillik dövründə, 1991-ci ilin 18 oktyabrında Azərbaycan müstəqillik aktını qəbul edəndən sonra artıq Azərbaycan ərazisində müstəqil media nümunələri yaranmağa başladı: "1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mediası üzərindən bütün dövlət tənzimləmə mexanizmlərinin ləğv edilməsi, senzuranın aradan qaldırılması - Azərbaycan milli mətbuatının yaranmasında Həsən bəy Zərdabi hansı xidməti göstərmişdisə, ümummilli liderin qəbul etdiyi bu qərar da sözün həqiqi mənasında o qədər böyük əhəmiyyətə malik idi. O dövrdən başlayaraq Azərbaycan mediasında bugünkü inkişaf başladı. Bu gün Azərbaycan mediasının qabaqcıl nümunələri dünyanın istənilən media məkanında rəqabət aparmaq qabiliyyətinə malikdir, Azərbaycan jurnalistlərinin səsi nəinki ölkəmizdən, dünyanın bütün media aləmindən gəlir. Bu işdə Prezident İlham Əliyevin yürütdüyü azad media, plüralistik cəmiyyət siyasətinin önəmli rolu var".
 
Ə.Həsənov bildirib ki, Azərbaycanda dövlət tərəfindən azad medianın inkişafına, jurnalistlərin sosial-məişət problemlərinin həllinə lazımi dəstək və qayğı göstərilir.
 
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycan ilə Türkiyə arasında olan münasibətlərdən danışıb: "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Biz bir millət, iki dövlətik. Azərbaycan jurnalistlərinin Milli Mətbuat Günü bizim də bayramımızdır".
 
Mərasimdə "Anadolu yayınları"nın rəhbəri Sinan Burhan "Fəxri diplom"la təltif olunub.
 
Tədbir bədii hissə ilə davam edib.
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı