Rusiyadan icazəsiz Transxəzər qaz kəməri çəkmək olar, ya yox?

Siyasət 15:14 21.08.2018

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusuna dair konvensiyanın 22 ildir davam edən danışıqlardan sonra nəhayət imzalanması dünya KİV-lərində regionun ən mühüm layihəsinin-Transxəzər qaz kəmərinin perspektivlərinə dair müzakirələri yenidən aktuallaşdırıb.

Türkmənistan qazının Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropaya nəqli üçün nəzərdə tutulan bu qaz kəməri layihəsi uzun illər əvvəl irəli sürülüb. Amma Xəzərin hüquqi statusunun razılaşdırılmaması layihənin qarşısında əsas əngəl hesab edilirdi. Çünki Rusiya və İran bu mövqedə idi ki, dənizin dibindən kəmərlərin çəkilməsi bütün sahilyanı dövlətlərin razılığı ilə baş tuta bilər.

İndi Xəzərin hüquqi statusuna dair Konvensiyada göstərilir ki, dənizin dibindən kəmərlərin çəkilməsi üçün kəmərin marşrutunun keçdiyi milli sektorların mənsub olduğu ölkələrin razılığı kifayət edir. Bu baxımdam həm rəsmi Aşqabad, həm bir sıra ekspertlər belə qənaətə gəliblər ki, Transxəzər qaz kəmərinin çəkilməsi üçün türkmən qazının Avropa bazarlarına çıxmasında maraqlı olmayan Rusiyanın razılığı tələb olunmur. Yəni konvensiya Transxəzər qaz kəməri layihəsi üçün perspektivlər açıb.

Bəs əslində necədir? Virtualaz.org xəbər verir ki, Rusiya XİN bu diskussiyalarla bağlı Xəzərin statusuna dair çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik etmiş diplomatın, XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikovun cavabını öz saytında dərc edib.

İqor Bratçikov bildirir ki, Xəzərin hüquqi statusuna dair Konvensiya dənizin dibindən boru kəmərlərinin çəkilməsi mövzusunu kifayət qədər ətraflı açır, izah edir. Konvensiyada bütün sahilyanı dövlətlərin öz milli sektorlarında texnoloji boru kəmərlərini çəkmək hüququ təsbit olunub. Xüsusən də Xəzərdə neft-qaz yataqlarının istismarının başlamasından bəri dənizin dibi ilə müxtəlif təyinatlı bir çox kəmərlər çəkilib və belə kəmərlərin sayı artacaq.

Bununla yanaşı Konvensiyada Xəzərin dibində heç vaxt mövcud olmayan magistral, transxəzər kəmərlərin çəkilməsi mövzusuna ayrıca toxunulur. Konvensiyanın 14-cü maddəsində deyilir ki, tərəflər bu cür boru kəmərləri çəkə bilərlər, amma bir şərtlə ki, tikinti layihələri tərəflərin iştirakı ilə imzalanmış beynəlxalq müqavilələrdə əksini tapmış ekoloji tələblərə və normalara, o cümlədən Xəzər dənizinin dəniz mühitinin qorunmasına dair Çərçivə konvensiyasına və həmin sənədə əlavə olunmuş protokollara uyğun olsun.

Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri qeyd edir ki, bu il iyulun 20-də Moskvada beş xəzəryanı ölkənin xarici işlər nazirləri tərəfindən transsərhəd kontekstində Xəzərin ətraf mühitinə təsirlərin qiymətləndirilməsinə dair 2003-cü il Tehran Çərçivə Konvensiyasına əlavə  Protokol imzalanıb. Həmin protokol Xəzərin hüquqi statusuna dair Konvensiyanın 14-cü maddəsində birbaşa xatırladılır.

Protokol beş sahilyanı dövlətin hər birinin Xəzərin ətraf mühitinə potensial təsiri ola biləcək transsərhəd dəniz fəaliyyətinin hərtərəfli ekoloji ekspertizasında iştirak etmək hüququnu təsbit edir. Yəni bu cür layihələrin milli səviyyədə ekoloji ekspertizası ilə yanaşı bütün sahilyanı dövlətlər tərəfindən hərtərəfli və diqqətlə araşdırılması da tələb edilir. Diplomata görə aydın məsələdir ki, Xəzərin bir sahilindən digər sahilinə karbohiderogenlərin ötürülməsi kimi irimiqyaslı layihələr avtomatik olaraq sözügedən Protokolun təsiri altına düşür.

Beləliklə, İqor Bratçikovun bildirdiyi kimi əgər transxəzər boru kəmərləri layihələri meydana çıxarsa iştirakçı ölkələr hələ layihələndirmə mərhələsində onun Xəzərin ekologiyasına mümkün təsirlərini analiz etmək prosedurunu başlatmalıdır. Yəni Transxəzər qaz kəməri layihəsi üzərində layihələndirmə işləri başlasa əvvəlcə gərək bütün sahilyanı ölkələr onu ekoloji ekspertizadan keçirib öz razılıqlarını versinlər.

Rusiya XİN-in Transxəzər qaz kəmərinin tikintisi perspekivlərinə dair rəsmi mövqeyi məhz bundan ibarətdir.

Moskva protokoluna əsasən sahilyanı dövlətlər transsərhəd kontekstində aşağıdakı işlər bütün sahilyanı ölkələrin ekoloji qiymətləndirməsindən keçməlidir:

-neft və qazın, neft məhsullarının və ya kimyəvi maddələrin nəqli üçün nəzərdə tutulan böyük diametrli boru kəmərləri;

-Dəniz ticarət limanları, habelə daxili su yolları və daxili sularda gəmiçilik üçün sututumu 1350 tondan yuxarı olan gəmiləri qəbul edə bilən limanlar;

-Karbohiderogen hasilatı. Kommersiya məqsədi ilə neft və qaz hasilatı, bu zaman hasil olunan faydalı ehtiyatların həcmi gündə 500 ton neftdən və 500 min kubmetr qazdan yuxarı olarsa;

-Su ehtiyatlarının dəniz hüdudları çərçivəsində və ya çay hövzələri arasında daşınması işləri, bu zaman həmin daşınma su qıtlığının qarşısının alınmasına yönəlməlidir və daşınan suyun həcmi ildə 100 milyon kubmetri keçməlidir.

Protokola əsasən təkcə Transxəzər qaz kəməri üçün Rusiyanın və digər sahilyanı ölkələrin birgə razılığı tələb olunmur. Deməli Xəzərdə yeni iri limanların tikintisi, Rusiya ərazisindən dənizə “Avrasiya” kanalının çəkilməsi, İranın “Xəzər dənizi-Fars körfəzi” kanalı ideyası, o cümlədən iri neft-qaz yataqlarının hasilatı da Protokolun tələblərinə uyğun olaraq bütün sahilyanı ölkələrin ekoloji qiymətləndirməsindən keçməlidir.

Qeyd etmək lazımdır ki, elə Astana sammitində çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin Kaspiyskdə yeni böyük dəniz-ticarət limanının tikiləcəyinə dair planlarını açıqlayıb. Yəni belə çıxır ki, Türkmənistan və Azərbaycan öz aralarında Transxəzər qaz kəmərinə dair razılığa gəlsələr bunu Rusiya və digər sahilyanı ölkələrlə də razılaşdırmaq tələb olunacaq. Eləcə də Rusiyanın Kaspiyskdə yeni böyük ticarət limanı tikmək layihəsi Azərbaycan və Türkmənistanın (o cümlədən İran və Qazaxıstanın) razılığını tələb edir.(virtualaz.org)

Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Hamısı