Paşinyan ordunu savaşa hazırlayır - Ssenari açıqlandı | Eurasia Diary - ednews.net

20 Noyabr, Çərşənbə axşamı


Paşinyan ordunu savaşa hazırlayır - Ssenari açıqlandı

Siyasət A- A A+

Ermənistan Baş naziri Nikol Paşinyan “İldırım 2018” təlimi çərçivəsində Müdafiə Nazirliyini ziyarət edib.

Eurasia Diary axar.az-a istinadən xəbər verir ki, burada keçirdiyi qısa brifinqdə Paşinyan təlimin əsas məqsədinin dövlət orqanlarının sülh şəraitindən hərbi əməliyyatlar vəziyyətinə keçidinin hazırlanması olduğunu bildirib. O, ən pis ssenari əsasında ordunun ən yaxşıya hazırlanacağı vurğulayıb.

Paşinyan qeyd edib ki, bu ssenari Ermənistan üçün Aprel savaşının bir daha təkrarlanmasına imkan verməcəyəcək.

Qeyd edək ki, Ermənistan 11 sentyabrdan etibarən komanda qərargah təlimi keçirir. Təlimə Paşinyanın özü rəhbərlik edir. Təlimdə özəlliklə regionda vəziyyətin pisləşməsi, Azərbaycanın Qarabağa hücumu, Ermənistanın sərhəd kəndlərini atəşə tutması, Türkiyənin Azərbaycana yardımı və bu məqamda Ermənistanın KTMT-yə müraciət ssenarisi işlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...