Zaxarovadan Qarabağla bağlı açıqlama | Eurasia Diary - ednews.net

19 Sentyabr, Çərşənbə


Zaxarovadan Qarabağla bağlı açıqlama

Siyasət A- A A+

Rusiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqeyi dəyişməz olaraq qalır.

Eurasia Dairy xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Biz müxtəlif ölkələrdə Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı verilən bəyanat və açıqlamaları təhlil edirik. Rusiyanın mövqeyi dəyişməzdir. Bölgənin yekun statusu siyasi-diplomatik yollarla təyin olunmalıdır. ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya razılıq əldə etmələri üçün tərəflərə vasitəçilik dəstəyini göstərəcək", - o qeyd edib.

M.Zaxarova deyib ki, tərəflər də irəliləyişə nail olmaq üçün müvafiq ab-hava yaratmalıdırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...