Eurasia Diary "Armenpress"ə istinadən xəbər verir ki, Azərbaycanın hərbi təlimlərə başlamasından sonra Sentyabrın 18-də Ermənistanın Baş Naziri Nikol Paşinyan Dağlıq Qarabağa səfər edib. O, burda separatçı rejimin lideri Bako Sahakyanla və digər şəxslərlə görüşüb.
“Cəbhə xəttində vəziyyət gərgin olaraq qalmaqda davam edir. Lakin, biz vəziyyətə tam nəzarət edirik. Mən Dağlıq Qarabağ rəsmiləri ilə siyasi-hərbi vəziyyətlə bağlı müzakirələr apardım.”, Paşinyan söylədi, “Bu bizim müharibə istəməyimiz mənasına gəlmir, biz hər zaman danışıqlara hazırıq, hansı ki, buna dəfələrlə cəhd etmişik”, - deyə əlavə etdi.