Ermənistana keçən daha bir şəxs saxlanıldı - İkinci “Azərbaycan casusu” qalmaqalı? | Eurasia Diary - ednews.net

17 Noyabr, Şənbə


Ermənistana keçən daha bir şəxs saxlanıldı - İkinci “Azərbaycan casusu” qalmaqalı?

Siyasət A- A A+

Ermənistan sərhədini keçən Türkiyə vətəndaşı tutulub.

Eurasia Diary Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd idarəsinin mətbuat xidməti bildirib.

Türkiyə vətəndaşı Gümrü sərhəd dəstəsi tərəfindən saxlanılıb.

“Sərhədi pozan ərazini diqqətlə müşahidə edir və gizlicə hərəkət etməyə çalışırdı”, - xəbərdə qeyd edilir.

Onun Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verildiyi bildirilir.

Xatırladaq ki, daha əvvəl - iyul ayında Türkiyə vətəndaşı Umut Ali Özmen səhvən Ermənistan sərhədini keçmişdi. Erməni əsgərləri onu “Azərbaycan casusu” adı altında həbs etmişdilər. 16 yaşlı yeniyetmənin azad edilməsi üçün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Nikol Paşinyana zəng etmiş və Paşinyan Ərdoğanın tələbinə müsbət cavablandırmışdı.

Özmen sentyabrın 25-də azad olunmuşdu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...