Eurasia Diary Report-a istinadən xəbər verir ki, Baş nazirin müavini, YAP sədrinin müavini – İcra katibi Əli Əhmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çinin Pekin şəhərinə yola düşüb.
Bu barədə Report-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Səfərdə məqsəd Çin Xalq Respublikasının himayəsi ilə keçirilən Tayhu Dünya Mədəniyyət Forumunun 5-ci illik Konfransında iştirak etməkdir.