ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton oktyabrın 24-də Azərbaycana səfər edəcək.
Eurasia Dİary xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə diplomatik mənbə bildirib.
Mənbənin sözlərinə görə, Bolton ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək və regional məsələlər müzakirə ediləcək.