“Reqnum”da erməni arqumentini darmadağın edən TƏHLİL

Siyasət 17:54 18.10.2018

Eurasia Diary axar.az saytının rus versiyasının Rusiyanın “Reqnum” agentliyində dərc olunan məqaləsini təqdim edir:

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların məzmunu və strategiyası ətrafında vəziyyətin anlaşılmasında Azərbaycan tərəfinin bir sıra fundamental fərqlərə dair etirazları Rusiyanın REQNUM analitik informasiya portalı tərəfindən müsbət qarşılanıb və sonrakı danışıqlar üçün konstruktiv ton müəyyən edilib. Azərbaycan tərəfindən müzakirə üçün zəmin yaradan platforma Axar.az analitik-informasiya resursu olub.

Fürsətdən istifadə edən azərbaycanlı analitik, Baku Network Ekspert Şurasının sədri Elxan Ələsgərov danışıqların sonrakı məzmunu barədə Ermənistan və Azərbaycan tərəflərinin yanaşmasındakı fərqlərə dair bəlkə də öz spesifikliyinə görə rus ekspert icmasının diqqətindən qaçan xüsusiyyətlərə diqqət çəkib.

Rusiyalı politoloq Stanislav Tarasovun əvvəlki məqalələrində ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Corc Kentin Bakı səfəri zamanı verdiyi bəyanatlara toxunularaq onun Madrid prinsiplərindən başqa digər beynəlxalq sənədlərə - BMT qətnamələri və “Azərbaycanın ərazi bütövlüyünün bərpası” maddəsinə yer verilməyən çıxışlarına vurğu edilir.

Azərbaycanlı politoloq Elxan Ələsgərov hesab edir ki, Amerika tərəfi məhz ATƏT-in Minsk Qrupuna həmsədrlik etdiyi dövrdə seçilən xəttə sadiq qalır. Ancaq Vaşinqton və digər Minsk Qrupu üzvü ölkələrin mövqeyinin formalaşmasına ən çox təsiri məhz BMT TŞ-nın qətnamələri göstərib.

“Madrid prinsipləri və BMT qətnamələri – bunlar fərqli platforma və fərqli şeylərdir. Əgər BMT Ermənistanın Dağlıq Qarabağ və ona bitişik Azərbaycan rayonlarını işğal prosesində baş verən hadisələrə ümumi tərif veribsə, Madriddə sülh yolu ilə tənzimlənməyə çıxış üçün yol xəritəsi yaradılıb. Madrid prinsiplərində BMT-yə istinadlar verilməyə bilər, çünki onlar 4 BMT qətnaməsində qeyd olunan vəziyyətin təsdiqi əsasında yaradılmışdır və orada qətnamələrə zidd olan müddəalar yoxdur. Madrid prinsipləri Madriddə qeyd olunan BMT qətnamələrinin əsas müddəaları əsasında yaradılmışdır”, - politoloq qeyd edib.

Ələsgərovun sözlərinə görə, erməni tərəfinin “xalqların öz müqəddəratını təyin etmək hüququ” barədə istinadları status-kvonu saxlamaq və işğal altındakı ərazilərin kolonizasiyasını davam etdirmək üçün vasitədən başqa bir şey deyil. Yuxarıda göstərilən bəynəlxalq hüquqi-aktlara əsasən ermənilər xalqın etnoloji konsepsiyasının klassik anlayışına daxil edilmir, onlar etnik azlıqlar sayılır. Çünki ermənilər özünün bütün etnik atributları ilə birlikdə artıq müasir Ermənistan Respublikası çərçivəsində öz müqəddəratlarını təyin ediblər.

Politoloq qeyd edir ki, sözügedən “öz müqəddəratını təyin etmə” prinsipi tamamilə fərqli siyasi şərtlərdə formalaşdırılıb və Avrasiya materiki üçün nəzərdə tutulmayıb. Burada sonuncu dəfə “xalqların öz müqəddəratını təyin etməsi hüququ” ilə müstəqillik 1971-ci ildə Banqladeşin Pakistandan ayrılması zamanı həyata keçirilib. Bundan sonra qurulan sərhədlər və inzibati-ərazi bölgüsü 1975-ci il Helsinki Yekun Aktı, 1986-cı il Vyana görüşünün yekun sənədi və digər beynəlxalq sənədlərlə təsbit edilmişdir.

1999-cu ildə Venesiya komissiyası öz müqəddəratını təyinetmə və konstitusion hüquq baxımından ayrılma məsələlərini araşdırdı. Komissiya konstitusiya mətnlərində ölkənin bir hissəsinin ondan ayrılması ilə bağlı müddəalara rast gəlmədi. Əksinə bir çox konstitusiyalar ölkənin bölünməzliyi, milli birlik və ya ərazi bütövlüyü prinsiplərini elan edərək bunu qadağan edir. Konstitusiyalardakı “öz müqəddəratını təyin etmə” termini dekolonizasiya, artıq yaradılmış olan dövlətin müstəqilliyi və nəhayət “daxili” öz müqəddəratını təyinetmə - xalqların öz siyasi statusunu müstəqil şəkildə müəyyən etmək və dövlət daxilində öz inkişaflarını həyata keçirmək anlamına gələ bilər. Venesiya komissiyasının fikrincə, bu gün bu anlayışı xarici – ayrılma mənasında deyil, əsasən daxili – mövcud dövlət çərçivəsində qalmaq mənasında anlamaq lazımdır.

4 oktyabr 2011-ci ildə AŞPA-nın Strasburqdakı iclasında qəbul edilən 1832 saylı qətnamə də əhəmiyyətli sənədlərdən sayılır. Sənədə əsasən etnik azlıqların öz müqəddəratını təyinetmə hüquqları ölkədən ayrılmaq üçün avtomatik bir haqq təmin etmir və və Avropa Şurasına üzv olan ölkələr qeyri-qanuni olaraq ayrılmış ərazilərin faktiki hakimiyyətlərini, o cümlədən bunlardan xarici hərbi müdaxilələrlə dəstəklənənlərin tanınması və ya dəstəklənməsindən çəkinməyə çağırırlar.

“Beynəlxalq təşkilatların sözügedən qərarı beynəlxalq siyasətdə, xüsusən də öz dövləti olmayan 7.5 milyonluq kataloniyalının yaşadığı Kataloniyanın öz müqəddəratını təyinetmə məsələsində əksini tapır. İndi isə Dağlıq Qarabağla paralellər apardıqda ortaya sarkastik bir sual çıxır. Milyonlarla kataloniyalının hüquqlarını tanımayan həmsədr ölkələr Azərbaycana Qarabağ ermənilərinin ikinci dövlətə sahib olmaq haqqının olduğunu sübut etmək hüququna sahibdirlər? Qarabağın demoqrafik göstəricilərinə gəldiksə isə həmin məlumatlar etibarsız sayılmalıdır. Belə ki, Ermənistan DQ ərazisində kolonizasiyanı, toponimlərin dəyişdirilməsini və Yaxın Şərqdən erməni qaçqınların yerləşdirilməsini davam etdirir”, - Ələsgərov qeyd edib.

“Hazırda ermənilər kütləvi şəkildə Qarabağdan köçürlər. Əgər DQMV Azərbaycanın tərkibində olanda burada 150 min insan yaşayırdısa, bu gün həmin rəqəm 40-50 min arasında dəyişir. Bu, Ermənistanın işğalçılıq siyasətinin və “öz müqəddəratını təyinetmə”nin əsas nəticəsidir. İnsanlar Ermənistan tərəfindən konsentrasiya düşərgəsinə çevrilmiş, insanların zorla saxlandığı, getməyə icazə verilmədiyi, Suriya və Livandan gələn cinayətkarların, terrorçuların yerləşdirildiyi işğal edilmiş ərazilərdən qaçmaqla öz müqəddəratlarını təyin edirlər. Qarabağın əsl sahiblərini xatırladan hər şey – məscidlər, evlər, məzarlıqlar, yazılar məhv edilir. Ağdam, Füzuli, Zəngilan, Şuşa, Xocalı və azərbaycanlıların yaşadığı digər ərazilərin xarabalıqlarına baxın. Ermənistanın avantüraçı milliyətçi siyasəti tezliklə Qarabağda yerli ermənilərin deyil, Suriya ermənilərinin üstünlük təşkil etməsinə və regionun Yaxın Şərq terrorçularının yuvasına çevrilməsinə gətirib çıxara bilər”, - politoloq Dağlıq Qarabağın müasir vəziyyəti barədə deyib.

“Baku Network” Ekspert Şurasının rəhbəri həmçinin Madrid prinsipləri mətnində göstərilən plebisit haqqında müddəalara da toxunub. Politoloqun sözlərinə görə, erməni hakimiyyətinin köç siyasəti gələcəkdə işğal edilmiş torpaqların koloniyaçılarının xeyrinə güclü üstünlüyə səbəb ola bilər.

“Orada indi yaşlılar, qadınlar, uşaqlar və hərbi qulluqçuların ailələri yaşayır. Belə şəraitdə plebisit barədə danışmaq məntiqsizdir. Üstəlik, bu ərazilərdə intensiv şəkildə Yaxın Şərq erməniləri məskunlaşdırılır. Bu zaman sual yaranır ki, onların sayı Qarabağ ermənilərinin sayından çox olanda Azərbaycan və ya beynəlxalq ictimaiyyət kimin öz müqəddəratını təyinetmə hüququnu tanıyacaq? Qarabağdakı Suriya ermənilərinin? Axı referendumdan əvvəl siyahılar hazırlanacaq və o zaman bu məsələnin üstü açılacaq. Beynəlxalq təşkilatlar və həmsədrlər artıq bu gündən etibarən yerli əhalini siyahıya almalıdır. Həmçinin Qarabağdan çıxarılan azərbaycanlıların sayı da nəzərə alınmalıdır. Bu zaman erməni ideoloqların bütün arqumentlərini təhlükə altında qoyan olduqca xoşagəlməz bir statistika ortaya çıxacaq. Buna görə də Ermənistan köçürməni başa çatdırmaq üçün prosesləri gecikdirir”, - politoloq qeyd edir.

Bütün bunlar öz müqəddəratını təyin etmənin faktiki olaraq özünü aldatmaq olduğu anlamına gəlir. Reallıqda isə Ermənistan Azərbaycan torpaqlarının anneksiyasını qanuniləşdirmək istəyir. Bu o qədər açıqdır ki, hətta ABŞ-ın Ermənistandakı səfiri belə İrəvanda bu barədə yüksək səslə bəyanat verir. Xatırladaq ki, bir qədər əvvəl ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills “EVN Report”a müsahibəsi zamanı Dağlıq Qarabağ münaqişəsinin işğal edilmiş müəyyən torpaqların qaytarılması həyata keçirilmədən tənzimlənməsinin mümkünsüz olduğunu bəyan edib.

“Mən bura gəlib görüşdüyüm əksər ermənilərin danışıqlar prosesinin bir parçası kimi işğal edilmiş ərazilərin qaytarılmasına qarşı çıxmasını aydınlaşdıranda təəccübləndim. Ermənistanda faktiki olaraq məqbul həll və kompromislər barədə heç bir müzakirələrin aparılmaması da məni təəccübləndirir”, - Riçard Mills bildirib.

Digər bir fakt: Dağlıq Qarabağ Respublikası mövcud deyil – orada işğalçı erməni ordusu, komandanlığı və texnikası dayanıb. Bu əraziyə hətta polis belə Ermənistandan göndərilir. Ermənistan vətəndaşları bütün bunlardan təngə gəlib. Belə ki, İrəvanın “Qraparak” qəzetinin məlumatına görə, köhnə Ermənistanın mülayim şərtlərində çalışan polis məmurları yeni şərtlərə - Qarabağda, sərhəddə xidmətə yollanmağa uyğunlaşa bilmirlər. Bu ilin avqustundan etibarən Baş nazir Nikol Paşinyanın qərarı ilə daxili polis qüvvələrinin əməkdaşları 15 gün müddətinə xidmət üçün Qarabağ ərazisinə göndərilir. Üstəlik, nəşrin yazdığına görə, həmin şəxslər Ermənistan-Azərbaycan sərhədinin kifayət qədər təhlükəli bölgələrində xidmət aparmağa yollanır.

Münaqişənin birbaşa iştirakçısı və tezliklə həll edilməsinin tərəfdarı kimi Bakı Ermənistanı dinc yolla bütün qanun və beynəlxalq qanunvericilik normalarına əməl etməyə inandırmaq üçün istənilən imkandan istifadə edir. Azərbaycan Prezidenti üçün Ermənistanı kimin idarə edəcəyinin heç bir əhəmiyyəti yoxdur.

“Onun Düşənbədəki “ayaqüstü” görüşü – istənilən ölkə rəhbərinin təbii gedişidir. İlham Əliyevin yüksək səviyyəli bir çox görüşləri onun diplomatiya sənətindən xəbər verir. Onların (Ermənistanın Baş naziri Nikol Paşinyan nəzərdə tutulut – red.) siyasətdə ümumiyyətlə fərqli çəki kateqoriyaları var. Ayaqüstü fikir mübadiləsi isə tərəflərin tez-tez səsləndirdiyi kimi razılıq əldə olunması anlamına gəlmir. Azərbaycan Ermənistan hökumətinin rəhbəri ilə razılıq bağlanması barədə heç bir rəsmi məlumat yayımlamayıb”, - Elxan Ələsgərov fikrini tamamlayıb.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Hamısı