Dağlıq Qarabağ münaqişəsi regionda sülh və sabitliyə əsas təhlükədir Baş konsul

Siyasət 14:27 19.10.2018

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun gələn həftə Cənubi Qafqaza edəcəyi səfəri fonunda Ermənistan-Azərbaycan münaqişəsi barədə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin yazdığı məqalə 18 oktyabr 2018-ci il tarixində ABŞ-da geniş şəkildə oxunan, xüsusilə siyasi dairələrdə daim izlənən “The Daily Caller” qəzetində dərc olunub.

“Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?” başlıqlı məqalədə C.Boltonun gələn həftə Cənubi Qafqaza səfəri çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin müzakirə olunacaq əsas məsələlərdən biri olduğunu qeyd edən baş konsul sözügedən münaqişənin regionda sülh və sabitliyə əsas təhlükə olmaqda davam etdiyini vurğulayır. N.Ağayev Ermənistan-Azərbaycan münaqişəsinin tarixi haqda ətraflı məlumat verərək, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləməyə dair konkret faktları diqqətə çatdırır və bu münaqişənin post-sovet məkanında ən təhlükəli münaqişə olduğunu bildirir.

Müqayisə üçün N.Ağayev qeyd edir ki, işğal olunmuş ərazilərimizin sahəsi Los Anceles şəhərinin ərazisindən 13 dəfə böyükdür və ya ABŞ-ın Konnektikut ştatının ərazisinə bərabərdir.

Baş konsul bildirir ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, həmçinin digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə baxmayaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz hərbi işğalı hələ də davam edir.

O, münaqişənin həllində ən əsas maneənin Ermənistanın işğal olunmuş ərazilərimizdən öz qoşunlarını çıxartmaqdan imtina etməsi və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmalarına imkan verməməsi olduğunu vurğulayır.

N.Ağayev qeyd edir ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mils də bu yaxınlarda Ermənistan mətbuatına verdiyi müsahibəsində münaqişənin həlli üçün ilk növbədə Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılmalı olduğunu bildirib.

Baş konsul daha sonra Ermənistanın demoqrafik böhran yaşadığını, on minlərlə erməni gəncinin ölkəni tərk edərək xarici ölkələrə mühacirət etdiyini, bu xüsusda 1991-ci ildən bəri təxminən 1,5 milyon insanın Ermənistanı tərk etdiyini vurğulayır. Ermənistanda yoxsulluq həddinin 30 faizə yaxınlaşdığını və bu göstəricinin Cənubi Qafqaz ölkələri arasında ən yüksək rəqəm olduğunu qeyd edən N.Ağayev BMT-nin statistikasına əsasən 2050-ci ilədək Ermənistanı daha 1 milyon insanın tərk edəcəyini bildirir.

Baş konsul Ermənistandan fərqli olaraq, Azərbaycanın regionda ən güclü iqtisadiyyata sahib olduğunu, çoxlu sayda nəhəng enerji və qitələri birləşdirən nəqliyyat layihələrini gerçəkləşdirdiyini və qlobal enerji təhlükəsizliyinə önəmli töhfələr verdiyini yazır. Bundan başqa o, ABŞ-ın regionda əsas strateji tərəfdaşı olan Azərbaycanın ABŞ-ın beynəlxalq terrorizmlə mübarizə və enerji mənbələrinin şaxələndirilməsi səylərinə güclü dəstək verdiyini qeyd edir. N.Ağayev həmçinin ölkəmizdə müsəlmanlar, xristianlar və yəhudilərin birgə sülh, harmoniya və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını diqqətə çatdırır.

Diplomat davamlı sülhün əldə olunması üçün Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətindən əl çəkməli və konstruktiv şəkildə danışıqlarda iştirak etməli olduğunu bildirir.

Sonda Nəsimi Ağayev ABŞ-ın Azərbaycan və Ermənistan arasında davamlı sülh və anlaşmanın əldə olunması istiqamətində səylərini artıracağına ümidvar olduğunu qeyd edir.

Məqalənin tam mətni ilə bu linkdə tanış olmaq olar.

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI

Xəbər xətti

Stoltenberq təsdiqlədi: NATO-nun iclasında Zelenski də olacaq
05:50 18.04.2024
Qərbin təzyiqlərinə baxmayaraq, bundan imtina etməyəcəyik
03:49 18.04.2024
Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov
01:48 18.04.2024
Qarabağdan çıxarılan sülhməramlılar qatarla yola salındı
00:06 18.04.2024
Salyan sakinləri balıqların qoxusundan ŞİKAYƏTLƏNİRLƏR
23:44 17.04.2024
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
23:23 17.04.2024
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
23:00 17.04.2024
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
22:39 17.04.2024
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
22:22 17.04.2024
Bolqarıstanın cənubunda yeni quş qripi virusu aşkarlanıb
22:00 17.04.2024
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
21:40 17.04.2024
784-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:21 17.04.2024
Əli Kərimin xatirəsinə həsr olunan tədbir keçiriləcək
20:47 17.04.2024
İranlının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanıldı
20:30 17.04.2024
Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel
20:05 17.04.2024
Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
19:50 17.04.2024
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
19:28 17.04.2024
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
19:18 17.04.2024
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
19:15 17.04.2024
Bayramov Sarıbayla görüşdü
19:00 17.04.2024
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb
18:50 17.04.2024
Azərbaycan Tatarıstanla iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edib - YENİLƏNİB
18:44 17.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI
18:40 17.04.2024
Hakan Fidan HƏMAS sədri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
18:39 17.04.2024
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
18:33 17.04.2024
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
18:20 17.04.2024
Brüssel sammitində Ursula Fon der Leyenə "cinayətkar" dedilər
18:11 17.04.2024
Naxçıvanda "Bayraktar" dronları havaya qaldırıldı
18:00 17.04.2024
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qaldı
17:50 17.04.2024
Əfv Komissiyasının iclası keçirildi
17:40 17.04.2024
Dövlət ali təşkilatdır ailə isə... - Deputat Tahir Kərimli ilə MÜZAKİRƏ - VİDEO
17:38 17.04.2024
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
17:30 17.04.2024
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gələcək
17:20 17.04.2024
Prezidentdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM
17:08 17.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
17:05 17.04.2024
Azərbaycanda daha bir sabiq deputat vəfat etdi – FOTO
17:00 17.04.2024
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
16:52 17.04.2024
Fransalı politoloq Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın iddialarından DANIŞDI – ÖZƏL
16:29 17.04.2024
13 yaşlı qızla münasibətdə olan şəxsə HÖKM OXUNDU
16:22 17.04.2024
Sülhməramlıların Qarabağdan çıxarılmasının SON TARİXİ açıqlandı
16:08 17.04.2024
Hamısı