"Xocalının günahkarları hələ də yaşayır" - Rusiyalı deputat | Eurasia Diary - ednews.net

14 Noyabr, Çərşənbə


"Xocalının günahkarları hələ də yaşayır" - Rusiyalı deputat

Siyasət A- A A+

Xocalı faciəsinin bütün dünya meydançalarında Azərbaycan xalqının soyqırımı kimi tanınması üçün bütün səylər göstərilməlidir.

Eurasia Diary xəbər verir ki, bunu Trend-ə Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Türkiyənin Kayseri şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəsinin açılışında deyib.

"Nürnberq məhkəməsi İkinci Dünya Muharibəsi zamanı dinc sakinlərin öldürməsinə əmr verənlərlə bağlı layiqli qərar verdi. Xocalıda isə dəhşətli faciənin günahkarları hələ də yaşayır və aparıcı siyasi postları tuturlar. Hörmətli həmkarlar, biz Xocalı faciəsinin bütün dünya meydançalarında Azərbaycan xalqının soyqırımı kimi tanınması üçün bütün səyləri göstərməliyik", - Savelyev bildirib.

Dövlət Dumasının deputatı Kayseridə təhsil alan və abidənin açılışında iştirak edən xarici tələbələrə müraciət edib: "Təhsil almağınızı bitirib, ölkələrinizə qayıdanda, Azərbaycanda 26 il bundan əvvəl törədilən dəhşətli faciə barədə siyasətçilərinizə, deputatlarınıza danışın. Bundan ötrü danışın ki, sizin parlamentlər rəsmi olaraq bu faciəni Azərbaycan xalqının soyqırımı kimi tanısın. Bu cür faciələr təkrarlanmalıdır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...