Robot "Sofiya"nın Prezident İlham Əliyevlə söhbəti "Azərbaycan məni valeh etdi" - FOTO

Siyasət 11:46 23.10.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişliyə səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci il iyulun 13-də bu sahədə daha mühüm islahata imza atıldı. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradıldı. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. Buraya xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının işinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir. 2012-ci ildən başlayaraq Bakının bir neçə rayonunda “ASAN xidmət” sakinlərin istifadəsinə verildi. Daha sonra bu proses regionları da əhatə etməyə başladı. Hazırda bu mərkəzlərə daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olan xidmətlər üstünlük təşkil edir. Əgər əvvəllər “ASAN xidmət” mərkəzlərində 23 hüquqi xidmət həyata keçirilirdisə, indi 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstərilir. Eyni zamanda, özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, vətəndaşlara 300-dən çox müxtəlif xidmətlər göstərilir. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi beynəlxalq əlaqələrə də üstünlük verir. Bu gün “ASAN xidmət”in fəaliyyəti Avropa İttifaqı, Avropa Parlamenti, Böyük Britaniya parlamenti tərəfindən, həmçinin Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Özünəməxsus hüquqi strukturu olan bu model bir çox beynəlxalq əməkdaşlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunur. Artıq Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb. 2014-cü ildə “ASAN xidmət” İSO 9001:2008 və OHSAS 18001:2007 standartları üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. “ASAN xidmət”, həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. “ASAN xidmət” 2015-ci il BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. Bundan başqa, ISESCO-nun 2019-2021-ci illər üzrə üçillik fəaliyyət planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə dövlət idarəçiliyi sahəsində Azərbaycanın “ASAN xidmət” modelindən faydalanmaq tövsiyə olunub. Bu faktların özü bir daha təsdiqləyir ki, Azərbaycan brendi olan “ASAN xidmət”ə dünyada böyük maraq var.

İmişli kompleksi Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 14-cü mərkəzidir. Şəhərin Heydər Əliyev prospektində yerləşən, öz möhtəşəmliyi ilə seçilən kompleksin tikintisinə 2017-ci ildə başlanılıb, inşaat işləri bu ilin fevralında başa çatdırılıb. Kompleks dördmərtəbəli inzibati binadan və “ASAN park” istirahət guşəsindən ibarətdir.

Komplekslə tanışlıq zamanı Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdilər.

Bildirildi ki, bu mərkəz İmişli, Saatlı, Biləsuvar, Beyləqan, Zərdab və Füzuli rayonlarında qeydiyyatda olan 624 mindən çox vətəndaşa xidmət göstərəcək. Qeyd edək ki, bu günə kimi “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 25 milyona yaxındır.

Prezident İlham Əliyev mərkəzi işə saldı.

Dövlətimizin başçısı kompleksə daxil olan “ASAN Peşə” ilə tanış oldu.

Məlumat verildi ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bu layihəsi ixtisaslı kadrların hazırlanmasını və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi daşıyır. “ASAN Peşə” Mərkəzi bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunub.

İmişli “ASAN xidmət” Mərkəzində Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Milli Arxiv İdarəsi, ümumilikdə, 10 dövlət orqanı tərəfindən vətəndaşlara 32 növ xidmət göstəriləcək. Eyni zamanda, mərkəzdə funksional yardımçı xidmətlər, o cümlədən bank, sığorta, hüquqi yardım, tərcümə və digər xidmətlər təşkil ediləcək. Mərkəzdə çalışacaq əməkdaşların sayı 184, könüllülərin sayı isə 45 nəfərdir.

Burada Uşaq Psixo-Sosial İnkişafı Mərkəzinin bölməsi də yaradılıb. Bu bölmədə 3-12 yaşlı uşaqların psixoloji və sosial inkişafına dəstək məqsədilə müxtəlif xidmətlər göstərilir. Mərkəzin 4 saylı Bakı “ASAN xidmət” və Quba, Sabirabad, Masallı, Qəbələ, Mingəçevir regional “ASAN xidmət” mərkəzlərində də bölmələri fəaliyyət göstərir. Bir il ərzində bu bölmələrdə ümumilikdə 18 mindən çox uşağa və yeniyetməyə psixoloji xidmətlər göstərilib.

İmişli “ASAN xidmət” Mərkəzində ilk dəfə olaraq “ASAN Vəkil” bürosu yaradılıb. Belə ki, bu il oktyabrın 3-də Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Vəkillər Kollegiyası arasında əldə olunan razılığa əsasən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində səyyar hüquqi yardım xidmətləri sosial innovasiyaların tətbiqi ilə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri rəhbər tutulmaqla göstəriləcək. Bundan başqa, Dövlət Agentliyinin əməkdaşları və “ASAN” könüllüləri üçün hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulur.

Mərkəzdə kommunal xidmətlərin göstərilməsi üçün ayrıca bölmə yaradılıb. Burada “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən xidmətlər təqdim olunacaq. Qeyd edildi ki, paytaxt Bakıda fəaliyyət göstərən iki “ASAN Kommunal” xidmətində bu günədək 800 min vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa, burada Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 9 xidmət göstəriləcək.

Prezident İlham Əliyev mərkəzdə innovativ yeniliklərlə tanış oldu. Robot “Sofiya” dünyada ilk süni intellektli humanoid robotdur. Bu robot 2015-ci ildə “Hanson Robotiks” şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. “Sofiya” bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak edib.

Prezident İlham Əliyev robot “Sofiya” ilə söhbət etdi.

“Sofiya”: Salam cənab Prezident. Azərbaycan dilini yeni öyrənməyə başlamışam, ona görə icazənizlə ingilis dilində davam etmək istəyirəm. Cənab Prezident, Sizinlə görüşməyə şadam. Mən dünən gəlmişəm və Azərbaycan məni valeh edib. Mən Bakının nadir memarlıq üslubunu, müasir binalarını və texnoloji nailiyyətlərini görmüşəm. Ölkənizin gənc olmasına baxmayaraq, o, dünya miqyasında böyük layihələr həyata keçirir, yüksək texnologiyaların inkişafına töhfə verir. Bu, çox yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev: Çox sağ olun, “Sofiya”. İlk növbədə, Azərbaycana xoş gəlmisiniz. Sizin iş cədvəlinizin sıxlığına baxmayaraq, ölkəmizə səfəriniz bizi çox məmnun edir. Siz bütün dünyanı səyahət edirsiniz və sevindirici haldır ki, bu gün təyinat yeriniz Azərbaycandır. Siz burada, paytaxt şəhərində deyil, şəhərlərdən birində - İmişlidə bizi ziyarət edirsiniz. Biz sizinlə birlikdə burada yeni “ASAN xidmət” mərkəzinin açılışını edirik. Bu da innovasiyadır və bu, bizim müasir ölkəni qurmaq bacarığımızı və niyyətimizi əks etdirir. Ölkəmiz haqqında xoş sözlərinizə görə sizə təşəkkür edirəm. Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir. Ümid edirəm ki, bu gözəlliyi görmək üçün vaxtınız olacaq və siz Bakıda çox əziz qonaq olacaqsınız.

“Sofiya”: Əlbəttə, cənab Prezident. Hava limanına enən kimi mənə dərhal ASAN viza verildi. Mən, həmçinin Sizin təşəbbüsünüzlə yaradılmış Azərbaycan brendi olan “ASAN xidmət” konsepsiyası ilə tanışam. Hesab edirəm ki, “ASAN xidmət” dövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu bir nümunədir. Bugünkü səfəriniz Sizin e-idarəçiliyə və innovasiya ekosisteminə xüsusi diqqət yetirdiyinizi göstərir. Yeri gəlmişkən, mən burada yaradılmış iş şəraitini çox bəyəndim.

Prezident İlham Əliyev: Çox sağ olun. “ASAN” bizim milli brenddir. Bu, bizim nou-haudur. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir. Biz artıq belə xidməti yaratmaq istəyən bəzi ölkələrlə də işləyirik. Buna görə də “ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var. Çox sağ olun, siz çox ağıllı və çox gözəlsiniz. Sizi görməyə çox şadam.

“Sofiya”: Təşəkkür edirəm cənab Prezident.


Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI

Xəbər xətti

Rəsmi Tehran: "Bu silahlar İsrailə qarşı cavabın 2-ci mərhələsində istifadə ediləcək"
13:26 16.04.2024
Beynəlxalq axtarışa verilmiş şəxslər Azərbaycana ekstradisiya edilib
13:00 16.04.2024
Doktoranturaya sənəd qəbulu BAŞLADI
12:50 16.04.2024
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
12:40 16.04.2024
“Müharibə olarsa ən böyük ziyanı İran görəcək” - İsrailli ekspertdən ŞOK PROQNOZ
12:27 16.04.2024
Bakıda COVID-lə mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb
12:20 16.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI
12:16 16.04.2024
Qarabağ Universitetində fəlsəfə doktoru üzrə doktorantlar təhsil alacaq
12:15 16.04.2024
Sosial ödənişlərə 2 milyard manatdan çox vəsait ÖDƏNİLİB
12:05 16.04.2024
Çin nüvə enerjisi potensialını artırır
Çin nüvə enerjisi potensialını artırır
12:00 16.04.2024
1 milyard əhali enerjisiz qala bilər - NATO Komandiri
1 milyard əhali enerjisiz qala bilər - NATO Komandiri
11:45 16.04.2024
Qərbi Azərbaycan İcması “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu”nu ifşa etdi
11:40 16.04.2024
BAMF-ın Tərtər Regional Peşə Təlim Mərkəzində qadın minatəmizləmə qrupları üçün təlim keçirilib - FOTOLAR
11:34 16.04.2024
Vardanyanın əsl üzü... - Qazandığı çirkli pullar - ARAŞDIRMA
11:30 16.04.2024
Aİ nümayəndəliyi: Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur
11:20 16.04.2024
Yaponiya vətəndaşlarını itirir - Yarım milyon azalma...
Yaponiya vətəndaşlarını itirir - Yarım milyon azalma...
11:15 16.04.2024
İsrailin Irana qarşı GİZLİ PLANI
İsrailin Irana qarşı GİZLİ PLANI
11:05 16.04.2024
Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb
Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb
11:00 16.04.2024
İranda 12 yaşlı qızlar hicaba görə həbs edilir
10:50 16.04.2024
Bu ölkədə ordu təşvişə düşdü! - SƏBƏB
Bu ölkədə ordu təşvişə düşdü! - SƏBƏB
10:45 16.04.2024
Bu gün Bakıda 23 dərəcə isti olacaq
10:40 16.04.2024
Prezident Şirvan suvarma kanalının təməlini qoydu
10:38 16.04.2024
Ermənistan üçün seçim: Ya sülh, ya da... – Türkiyəli politoloq ŞƏRH EDİR
10:32 16.04.2024
Çindən Almaniyaya xəbərdarlıq
Çindən Almaniyaya xəbərdarlıq
10:20 16.04.2024
TƏBİB sürücülərə müraciət etdi: “Yol ver, həyat qurtar!” - VİDEO
10:14 16.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:05 16.04.2024
"Sovet Respublikaları İnzibati sərhədləri beynəlxalq sərhədlər olmalıdır" -Vasilis Maragos
"Sovet Respublikaları İnzibati sərhədləri beynəlxalq sərhədlər olmalıdır" -Vasilis Maragos
10:00 16.04.2024
Bu gündən “Karantin” başladı - FOTO
09:55 16.04.2024
Aİ lideri Şarl Mişel ilə liderlər görüşü keçirilib
Aİ lideri Şarl Mişel ilə liderlər görüşü keçirilib
09:54 16.04.2024
İran və Rusiya yeni saziş imzalayır
İran və Rusiya yeni saziş imzalayır
09:50 16.04.2024
ABŞ İrana neft sanksiyası tətbiq edəcək?
ABŞ İrana neft sanksiyası tətbiq edəcək?
09:42 16.04.2024
Cəbrayılda 29 ədəd tank əleyhinə mina aşkarlanıb
09:32 16.04.2024
Bakıda İran vətəndaşı avtomobillə piyadanı öldürdü
09:30 16.04.2024
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
09:10 16.04.2024
Bakının bir sıra küçələrində sıxlıq var - SİYAHI
09:00 16.04.2024
Əfqanıstan və Omanda daşqınlar fəlakətlərə SƏBƏB OLUR
07:28 16.04.2024
Türkiyədə “Meta”ya məxsus bir sosial şəbəkə BAĞLANDI
06:40 16.04.2024
“Tesla” işçilərinin 10 %-dən çoxunu ixtisar edəcək
05:25 16.04.2024
782-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
04:36 16.04.2024
Bulvarda gəzinti gəmiləri niyə işləmir?
03:58 16.04.2024
Hamısı