Eurasia Diary xəbər verir ki, VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumunda BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi cənab Qulam İsaqzai çıxış edib.
“Mən ilk öncə dünən qeyd edilən BMT Günü münasibəti ilə baş katib Antonio Qutiereşin çıxışına diqqət yetirmək istəyirəm. Qutiereş BMT-nin heç bir zaman kasıblıqla mübarizə, insan hüquqlarına hörmətin yaradılması, sülhün təmin olunması kimi məsələlərdən geri çəkilməyəcəyini bəyan etdi”.
“Xanımlar və Cənablar, BMT Xartiyası imzalananda əsas məqsəd kimi sosial inkişaf və insan həyatının yaxşılaşdırılmasının təşviqi müəyyənləşdirilib. Biz bu il həmçinin İnsan Hüquqları Deklarasiyasının 90 illiyini də qeyd edirik”
Qulam Isaqzai diqqətin Dayanıqlı İnkişafın təmin edilməsi üçün səylərin artırılmasına yönəltməyi təklif edib. Bunun üçün dövlətlər 2030 Dayanıqlı İnkişaf Gündəliyinin hədəflərini həyata keçirməyə çalışmalıdır. Dövlətlər bu hədəflərə çatmaq üçün biznes cəmiyyəti, elmi cəmiyyət, vətəndaş cəmiyyətləri və medianın inkişafı məsələlərinə xüsusi diqqət ayırmalıdır.
“Biz Azərbaycanın göstərdiyi səyləri və ciddiyəti dəstəkləyirik Azərbaycan milli hesabatını təqdim edən ilk ölkələrdəndir. BMT olaraq Azərbaycanla əməkdaşlıq etməkdən qürur duyuruq”.