“Rus NATO-su” Ermənistanı qorumayacaq Bakıya Qarabağ anonsu

Siyasət 12:10 17.11.2018

Şimaldan İrəvana təhdid: “Ermənistanın təhlükəsizlik qarantı KTMT yox, Rusiyadır”; Dumanın tanınmış deputatı isə “Niyə Rusiya Azərbaycan torpaqlarındakı münaqişəyə qarışmalıdır” dedi...

Rusiya, Qazaxıstan, Belarus, Tacikistan, Qırğızıstan və Ermənistan üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) İrəvanın yenidən öz adamını baş katib eləmək cəhdi daşa dirəndi. “Rus NATO-su”nun Astana sammiti işğalçı ölkənin yeni rəhbərliyi üçün ciddi fiasko ilə yadda qaldı. Ermənistan qurumda faktiki, təklənmiş duruma düşdü. Üstəlik, blokun Qazaxıstan və Belarus kimi üzv ölkələri başçılarının Azərbaycana ünvanlı reveransları fonunda bu, daha aydın və qabarıq şəkildə özünü büruzə verdi.

Xəbər verdiyimiz kimi, qurumun dekabrın 6-a, Sankt-Peterburqa təyin edilən toplantısında məsələyə nöqtə qoyulacaq. Böyük ehtimalla, Ermənistanın ziyanına olan qərar qəbul ediləcək: baş katib postu başqa dövlətin, yəqin ki, Belarusun təmsilçisinə keçəcək. Bununla da Ermənistanda 8 dekabr parlament seçkilərinə 3 gün qalmış Paşinyan və komandası daha bir neqativ sürprizlə üzləşmiş olacaq.      

*****    

KTMT ile ilgili görsel sonucu

“KTMT baş katibi məsələsi erməni tərəfinin xeyrinə çözülə bilməz”. Eurasia Diary xəbər verir ki, “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri “Azadlıq” radiosunun erməni redaksiyasına müsahibəsində tanınmış rusiyalı hərbi ekspert Vladimir Yevseyev deyib.

Onun sözlərinə görə, baş katib postunda Yuri Xaçaturovu başqa bir erməninin əvəz etməyəcəyi hələ yaydan məlum olub. “Çünki Moskva təxminən bir il təşkilat üzvlərini baş katib vəzifəsini Ermənistanın təmsilçisi Xaçaturovun tutması üçün inandırmağa çalışdı. KTMT-da hamı Ermənistan nümayəndəsinin həmin vəzifəyə gətirilməsinə qarşı olub. Xüsusən də Qazaxıstan prezidenti Nursultan Nazarbayev məsələdə sərt mövqe tuturdu. Ona görə də Rusiya titanik səylər göstərdi. Amma indiki situasiyada - nə vaxt ki, İrəvan öncə baş katibə qarşı cinayət işi açdı, sonra isə onu geri çağırdı, Moskva daha nə Belarusu, nə də xüsusən Qazaxıstanı inandıra bilməz ki, onlar Ermənistanın mövqeyini dəstəkləsin”, - deyə analitik əminliklə qeyd edib.

KTMT-nin Qarabağ məsələsinə mümkün təsirlərinə gəlincə, Yevseyev deyib: “Aydındır ki, Dağlıq Qarabağ məsələsində Qazaxıstan Azərbaycanı müdafiə edir. Həmçinin, təşkilatlın digər üzvləri var ki (Belarus, Qırğızıstan - ”YM"), formal olaraq Azərbaycanı dəstəkləyir. Nizamnaməyə görə, blok üzvlərindən birinə hücum olarsa, digərləri onu müdafiə etməlidir. Əslində isə Ermənistanın təhlükəsizlik qarantı KTMT yox, Rusiyadır".

***

karabakh osce ile ilgili görsel sonucu

Rusiyalı deputat, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Dmitri Savelyev isə hesab edir ki, Ermənistanın yeni hökuməti ölkəni NATO-ya üzv eləməyə çalışacaq. “Yeni Müsavat”ın məlumatına görə, belə bir açıqlamanı  o, Pravda.ru nəşrinə deyib.

“Mən baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın NATO-nun Norveçdəki ”Tident Juncture 2018" təlimləri zamanı söylədiyi sözləri xatırlayıram. Orada o, öz ölkəsinin NATO-ya üzv görmək istəyini dilə gətirmişdi. Üstəlik, belə bir fikir də işlətmişdi ki: “Əgər NATO-ya üzvlük üçün hər halda KTMT-dən çıxmaq lazım gələcəksə, biz buna da gecədəyik”, - deyə Savelyev bildirib.

Ermənistanın Qarabağ konfliktinin alovlanacağı təqdirdə Moskvadan umduğu dəstəyə gəlincə, o da Yevseyevin mövqeyini bölüşür: “Biz əgər KTMT-dən danışırıqsa, Qarabağ məsələsinin hüquqi baxımdan buna heç bir dəxli yoxdur. Azərbaycan Ermənistana hücum eləməyi hətta ağılının ucundan belə keçirmir. Hərbi hərəkətlər isə vaxtaşırı tanınmamış ”Dağlıq Qarabağ Respublikası"nda özünü göstərir - hansı ki, Ermənistan ərazisi deyil. Bundan əlavə, “DQR” bu gün yeridik baxımdan heç kim, o cümlədən hətta Ermənistanın özü tərəfindən tanınmayan bir qurumdur və KTMT-yə üzv ola bilməz. O zaman bu iddiaların anlamı nə? Niyə Rusiya və ya KTMT-nin digər üzv ölkəsi Azərbaycan torpaqlarındakı münaqişəyə müdaxilə eləməlidir?"

*****

kreml ile ilgili görsel sonucu

Rusiyalı deputatın sözlərində həqiqət payı böyükdür. Doğrudan da Dağlıq Qarabağdakı əməliyyatlar hüquqi baxımdan Azərbaycanın daxili işidir. Ancaq biz bunu da xatırlayırıq ki, 2016-cı ilin aprelində, “4 günlük müharibə” zamanı Azərbaycan Ordusunun irəliləməsinə məhz Moskva əngəl oldu. Bundan əlavə, Rusiyanın xarici işlər naziri erməni əsilli Sergey Lavrovun “Dağlıq Qarabağda müharibə Azərbaycanın daxili məsələsi deyil” sözlərini də unutmamışıq.

Başqa sözlə, əslində rəsmi Kreml istəsə, müharibəyə ümumiyyətlə, ehtiyac qalmaz və Qarabağ konflikti qısa zamanda  həlini tapar. Yetər ki, Moskva bu münaqişəyə sırf Azərbaycan və Ermənistanı öz orbitində saxlamaq vasitəsi kimi baxmasın. Əks halda, Azərbaycanın və ya Ermənistanın KTMT-də olub-olmamasının anlamı olmayacaq. Necə ki, yoxdur. Rusiyalı politoloq və ekspertlərin İrəvana ünvanlı yuxarıdakı xəbərdarlıq və hədə-qorxu mesajları da hələ ki müstəsna olaraq, işğalçı ölkəni Kremlin təsir dairəsində saxlamağa hesablanıb, nəinki Qarabağ məsələsində İrəvanı konstruktiv mövqeyə kökləməyə...

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Hamısı