Millət vəkili, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Prezident İlham Əliyevə Şura Əsasnaməsinə edilən dəyişikliklərlə bağlı imzaladığı fərmana görə təşəkkür edib.
Eurasia Diary xəbər verir ki, millət vəkili bu barədə Tvitter hesabında yazıb. A.Quliyev bildirib ki, cənab Prezidentin fərmanı ilə Şuranın əsasnaməsinə edilən dəyişiklər onun fəaliyyətinin təkmilləşdirilməsinə, funksionallığının artmasına mühüm töhfədir:
“Şuranın kollektivi adından cənab Prezidentə verdiyi dəstəyə, göstərdiyi qayğıya görə təşəkkür edirəm”.