Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidentinin köməkçisi Anastasiya Lavrina CBC televiziya kanalına müsahibəsində Azərbaycan-Belarus münasibətlərinin inkişafı ilə bağlı fikirlərini bölüşüb.
O qeyd edib ki, "Azərbaycanla Belarus arasında münasibətlər uzun müddətli etibarlılıq prinsipinə söykənir".
Diplomatik əlaqələrin qurulmasından keçən təxminən 25 il ərzində iki ölkə siyasi, iqtisadi və sosial inkişafda bir-birini dəstəkləyiblər, üçüncü tərəflərin verdiyi heç bir bəyanat Belarus və Azərbaycan arasında balanslaşdırılmış, zamanın sınağından keçmiş münasibətlərə təsir göstərə bilməz.
Lavrina bildirib ki, Bakı və Minsk yaxınlaşması digər dövlətləri təhdid etmir, ölkələrin əməkdaşlığı inkişaf etdirmək arzusudur.