Maaşı 130 manatdır, amma 10 min alır Direktor

Siyasət 15:50 13.12.2018

Bəzi özəl tibb müəssisələrində yüksək vergidən yayınma risklərinin olduğu müəyyən edilib.

Trend-in məlumatına görə, bunu Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru Xəqani İsgəndərov deyib.

X.İsgəndərov bildirib ki, Vergilər Nazirliyi cari ilin may-iyun aylarında pullu səhiyyə xidmətləri göstərən bir sıra iri müəssisələrin rəhbərlərini vergi orqanlarına dəvət edərək görüşlər keçirib, qanunvericiliyin tələblərini, həmçinin fəaliyyətin şəffaflaşdırılması tələbləri ətraflı şəkildə izah edilib. Keçirilmiş görüşlərə baxmayaraq, aparılan təhlillər əsasında ötən dövr ərzində bu müəssisələrin əksəriyyətində dövriyyələrin artması müşahidə olunmayıb.

"Mövcud rəqəmsal texnologiyalardan istifadə edilməklə bəyannamələrin və əlaqəli məlumatların geniş təhlili nəticəsində həmin müəssisələrdə yüksək vergidən yayınma risklərinin olduğu müəyyən edilib. Göstərilənləri nəzərə alaraq, Vergilər Nazirliyi noyabr ayında özəl tibb müəssisələrində vergi nəzarəti tədbirləri həyata keçirib. Aparılan tədbirlər zamanı vergidən yayınma halları, lisenziyalaşdırma məsələləri ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməsi məsələləri araşdırılıb, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, əmək müqavilələrinin bağlanması vəziyyəti yoxlanılıb. Eyni zamanda, müəssisələrin real dövriyyələrinin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələr aparılıb. Vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş qara mühasibatlıq sənədləri və elektron fayllar əsasında yayındırılmış dövriyyə məbləğləri və ödənilmiş real əməkhaqqı məbləğləri müəyyənləşdirilib".

Departament rəhbəri qeyd edib ki, ilkin araşdırmalar zamanı özəl tibb müəssisələrinin 77%-də əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, 51%-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi, 61%-də pul vəsaitinin uçota alınmaması hallarına rast gəlinib:

"Xronometraj metodu ilə müşahidə yekunlaşdırılmış obyektlər üzrə 2018-ci ilin 9 ayı üzrə cari bəyannamədə göstərilən orta günlük dövriyyə məbləği 2,4 dəfədən çox artıb. Əldə edilmiş sənədlər üzrə aparılmış təhlillər zamanı əvvəlki dövriyyələrin 3.2 dəfə və ya təxminən 231 milyon manata yaxın gizlədildiyi aşkar edilib. Əməkhaqqı üzrə ödəmələrin yayındırılması halları müəyyən edilmiş 22 vergi ödəyicisi üzrə 2018-ci ilin 9 ayında bəyannamələrdəki məbləğlərinin real göstəricilərə nisbətən 7.6 dəfə az əks olunduğu müəyyən edilib".

Onun sözlərinə görə, bəzi özəl tibb müəssisələrinin rəsmi sənədlərində həkimlərə verilən aylıq əməkhaqqı məbləği 130-490 manat göstərilməsinə baxmayaraq, bu məbləğin bir sıra hallarda on minlərlə manat arası olduğu təsdiqini tapıb:

"Bundan başqa, xəstəxanalardan müayinə üçün göndərilən həkimlərə xəstə tərəfindən ödənilən məbləğlərdən müəyyən faiz şəklində vəsaitlərin ödənildiyi halları da öz təsdiqini tapıb. Bəzi klinikalarda tanınmış həkimlərin gəlirləri əməliyyatdan daxil olmuş məbləğlərin 50-70%-ini əhatə etdiyi aşkar edilib. Aparılan yoxlamalar özəl tibb müəssisələrində qeyri-rəsmi əməkhaqlarının geniş tətbiq edilməsini bir daha təsdiq edib".

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı