İşğalçı erməni ordusunun ağır yaralanmış iki hərbi qulluqçusu bu gün Xankəndidən İrəvandakı Mərkəzi Kliniki Hospitala çatdırılıb.
Eurasia Diary bildirir ki, informasiyasını hospitaldan təsdiq ediblər.
"Hər iki yaralının vəziyyət stabil-ağırdır. Hərbi qulluqçulardan biri kombinasiya edilmiş mina-partlayıcı yaralanmalarla daxil olub, onun ayağı baldır sahəsindən amputasiya edilib. İkinci yaralı qarın nahiyəsində güllə yaraları ilə gətirilib", - deyə mənbə bildirib.
Hadisə minanın partlatması nəticəsində baş verdiyi bildirilir. (virtualaz.org)