Arazın Şimalı da, Cənubu da bir-birinə bağlıdır, qohumdur.
Eurasia Diary xəbər verir ki, bu sözləri Real tv-ə müsahibəsində İranın Milli Təhlükəsizlik və İnformasiya Naziri Mahmud Ələvi deyib.
O, qeyd edib ki, "Bu Azərbaycana 5-ci səfərimdir. Hər səfərimdə böyük qonaqpərvərliklə qarşılanmışam. Bu iki ölkənin xalqları arasında olan münasibətlərin nə qədər yüksək səviyyədə olmasından xəbər verir.
Cənab Prezident İlham Əliyevlə görüşümüz baş tutdu. Görüşlərimizi uğurlu hesab edirəm".
İran rəsmisi həmçinin bildirib ki, "Dünyada İran və Azərbaycan kimi xalqları bir-birinə bu qədər yaxın olan ikinci bir dövlət yoxdur. Həmçinin dünyada dövlət başçıları şiə olan yeganə iki dövlət Azərbaycan və İrandır".