Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov struktur islahatlarına başlayıb.
Eurasia Diary xəbər verir ki, struktur islahatları çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki departament və idarə statusunda üç təşkilat ləğv edilib.
Həmin təşkilatlarda çalışan əməkdaşlara hələ İcra Hakimiyyətinin tabeliyindəki digər təşkilatlarda işlə təmin olunub-olunmayacaqları bildirilməyib.
BŞİH-in yaxın iki gündə bu barədə geniş açıqlama yayacağı gözlənilir.