"Bizi ümumi ağrı, tarix və yaddaş birləşdirir!" Riçardas Lapaytis

Siyasət 21:00 19.01.2019

 

Azərbaycan 1990-cı illərin əvvəlində sovet respublikaları arasında öz müstəqilliyini elan edənlərdən biri odu. Kreml öz növbəsində dünya ictimaiyyətini inandırmağa çalışırdı ki, çoxminlik ordunu Bakıya yalnız rusları qorumaq və erməniləri xilas etmək üçün göndərib. Bu cür dezinformasiya bəzi kanallarla Litvaya da gəlib çatdı. O dövrdə Azərbaycan informasiya blokadasındaydı və həqiqətləri dünyaya yaymaq çətin idi. Hadisələrin ssenarisi əvvəlcədən Kremldə yazılmışdı və imperiya rəhbərliyi öz əməllərini əsaslandırmaq üçün ermənilərlə azərbaycanlılar arasında təxribata əl atdı. Məlum olduğu kimi, Kremlin bu sahədə təcrübəsi çox zəngindir. Əlbəttə, əsas məqsəd Azərbaycan xalqının müstəqillik və azadlığa qovuşmaq arzusunu boğmaq, Sovet İttifaqının dağılmasına imkan verməmək idi!

 

Yanvarın 20-də baş vermiş bu faciəvi hadisələr barədə xəbərləri Litva xalqı çox acı və təəssüf hissi ilə qarşıladı. Məlum olduğu kimi, Litvada azərbaycanlıların böyük icması mövcuddur. Odlar Yurdu Azərbaycan icmasının sədri Mahirə Qəmzəyevanın sayəsində Bakıdakı hadisələr Litvada geniş siyasi qiymətləndirmə aldı.

 

Litva Elmlər Akademiyası bu hərbi təcavüzü və günahsız vətəndaşların öldürülməsini qətiyyətlə pisləyib. Buna görə də Litva həmin dövrdə Azərbaycanda xidmət göstərən Litvalı əsgərlərin qaytarılmasını tələb etdi. Sovet ordusunun Azərbaycandan geri çəkilməsini tələb edirdilər.

 

Məlum olduğu kimi, bir il sonra Mixail Qorbaçovun razılığı ilə sovet ordusu Vilnüsdə də qətllər həyata keçirdi.

 

Bu gün Azərbaycan müstəqil dövlətdir və biz litvalılar üçün azadlıq və müstəqillik naminə ölən və gələcəyə yol açanların xatirəsini azərbaycanlılarla birgə yad etmək çox vacibdir!

 

Məlum olduğu kimi, bu dəhşətli əməliyyatların hamısına SSRİ-nin o zamanki müdafiə naziri Dmitri Yazov rəhbərlik edirdi. Onun əmrlərini Vladimir Kryuçkov, Vadim Bakatin və başqaları icra edirdi. 30 mindən çox hərbçidən ibarət sovet ordusunun ən elit dəstələri general Aleksandr Lebedevin rəhbərliyi altında başdan-ayağa qədər müasir silahlarla silahlanmışdılar. Dünyanın müxtəlif konvensiyaları ilə qadağan edilmiş 5.45 mm kalibrli güllələrdən istifadə edərək nümayişlərə gələn silahsız insanlara qarşı güc tətbiq etdilər.

 

Kreml məğlub oldu və nüfuzunu birdəfəlik itirdi! Beləliklə, Azərbaycan Sovet imperializminin alovunu və qəzəbi özünə doğru çəkərək, digər respublikalar üçün müstəqillik və azadlıq yolunu açdı!!!

 

Buna görə də 20 yanvar tarixi Litva üçün bu qədər vacibdir! Biz keçmişimizi bilməliyik ki, artıq səhv etməyək. Bu gün Litvada azərbaycanlılarla bizim azadlığımız və müstəqilliyimiz yolunda həyatlarını itirmiş qəhrəmanların xatirəsinə hörmətlə yanaşırıq. 20 yanvardan bir il sonra yüzlərlə azərbaycanlı Litvanın müstəqilliyini müdafiə etməyə gəldi. Bizi ümumi ağrı, tarix və yaddaş birləşdirir.

 

20 yanvar 1990-cı ildə baş verənlər mənim Dağlıq Qarabağa getməyim üçün bəhanə oldu. İnformasiya blokadasını yarmaq və və cəsarətli Azərbaycan xalqı  üçün nəsə edə bilmək üçün canımdan da keçmək istərdim...

 

 

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI

Xəbər xətti

Qərbin təzyiqlərinə baxmayaraq, bundan imtina etməyəcəyik
03:49 18.04.2024
Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov
01:48 18.04.2024
Qarabağdan çıxarılan sülhməramlılar qatarla yola salındı
00:06 18.04.2024
Salyan sakinləri balıqların qoxusundan ŞİKAYƏTLƏNİRLƏR
23:44 17.04.2024
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
23:23 17.04.2024
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
23:00 17.04.2024
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
22:39 17.04.2024
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
22:22 17.04.2024
Bolqarıstanın cənubunda yeni quş qripi virusu aşkarlanıb
22:00 17.04.2024
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
21:40 17.04.2024
784-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:21 17.04.2024
Əli Kərimin xatirəsinə həsr olunan tədbir keçiriləcək
20:47 17.04.2024
İranlının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanıldı
20:30 17.04.2024
Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel
20:05 17.04.2024
Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
19:50 17.04.2024
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
19:28 17.04.2024
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
19:18 17.04.2024
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
19:15 17.04.2024
Bayramov Sarıbayla görüşdü
19:00 17.04.2024
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb
18:50 17.04.2024
Azərbaycan Tatarıstanla iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edib - YENİLƏNİB
18:44 17.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI
18:40 17.04.2024
Hakan Fidan HƏMAS sədri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
18:39 17.04.2024
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
18:33 17.04.2024
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
18:20 17.04.2024
Brüssel sammitində Ursula Fon der Leyenə "cinayətkar" dedilər
18:11 17.04.2024
Naxçıvanda "Bayraktar" dronları havaya qaldırıldı
18:00 17.04.2024
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qaldı
17:50 17.04.2024
Əfv Komissiyasının iclası keçirildi
17:40 17.04.2024
Dövlət ali təşkilatdır ailə isə... - Deputat Tahir Kərimli ilə MÜZAKİRƏ - VİDEO
17:38 17.04.2024
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
17:30 17.04.2024
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gələcək
17:20 17.04.2024
Prezidentdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM
17:08 17.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
17:05 17.04.2024
Azərbaycanda daha bir sabiq deputat vəfat etdi – FOTO
17:00 17.04.2024
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
16:52 17.04.2024
Fransalı politoloq Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın iddialarından DANIŞDI – ÖZƏL
16:29 17.04.2024
13 yaşlı qızla münasibətdə olan şəxsə HÖKM OXUNDU
16:22 17.04.2024
Sülhməramlıların Qarabağdan çıxarılmasının SON TARİXİ açıqlandı
16:08 17.04.2024
Həbsdə olan jurnalist Cəmil Məmmədliyə hökm oxundu
15:40 17.04.2024
Hamısı