“Qarabağ problemini həll etmədən Qafqazda stabilliyin olmayacağı kimi, Ermənistanla əlaqələrimizin düzəlməsi də mümkün deyil”
Eurasia Diary Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu səsləndirib.
Dünən Maltəpə Memar Sinan Oğlan Tələbələr Yataqxanasında universitet tələbələri ilə bağlı təşkil edilən beş günlük Beynəlxalq Əlaqələr Düşərgəsinin açılışında çıxış edən Çavuşoğlu bir sıra məsələlər üzrə açıqlama verib.
Çıxışı sırasında Dağlıq Qarabağ münaqişəsi və Türkiyənin Ermənistanla əlaqələrinə də toxunan Çavuşoğlu bu fikirləri ifadə edib: “Mövcud olan bəzi problemləri həll etmək üçün də təşəbbüskar olmaq lazımdır. Sadəcə maraqlarınızı qorumaq kifayət deyil. Bu gün necə ki, Qarabağ məsələsinin həll edilmədiyi müddətcə Qafqazda stabilliyin təmin edilməsi mümkün deyil, eləcə də ölkəmizin Ermənistanla əlaqələrinin düzəlməsi də imkansızdır. 2019-da bu məsələlərlə bir az daha yaxından maraqlanacağıq”.