Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Davosda Qarabağ konfliktinin nizamlanması ilə bağlı müzakirə apardığını bildirib.
“Davosda İlham Əliyevlə qeyri-rəsmi görüş keçirdik. Danışıqlar prosesindəki mövcud situasiya ilə bağlı fikir mübadiləsi apardıq. Görüş təxminən saat yarım çəkdi”, - Paşinyan Feysbuk səhifəsində qeyd edib.
***
Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.
Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib.