"Sənə də qalmaz" - ABŞ Senatında Azərbaycanın məşhur mahnısı səsləndi - VİDEO | Eurasia Diary - ednews.net

21 Aprel,


"Sənə də qalmaz" - ABŞ Senatında Azərbaycanın məşhur mahnısı səsləndi - VİDEO

Siyasət A- A A+

ABŞ Senatının binasında klassik Azərbaycan mahnıısı "Sənə də qalmaz" mahnısı səslənib. 

Eurasia Diary-nin 1news.az-a istinadən məlumatına görə, Buxaradan gələn ifaçı Rəşid Rubinov Buxara yəhudilərinin 20-ci ildönümünə həsr olunmuş tədbirdə sözügedən mahnını ifa edib. 

"Bu, azərbaycan və yəhudi xalqlarının möhkəm dostluğunu simvolizə edir" - Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatında deyilir. 

"Sənə də qalmaz" - musiqisi Tofiq Quliyev tərəfindən 1960-cı illərdə yazılmış, sözləri Rəsul Rzaya məxsus olan sevgi haqda lirik mahnıdır. Zamanında bu mahnını Rəşid Behbudov, Lütfiyar İmanov, Müslim Maqomayev kimi sənətkarlar ifa edib. Mahnı, həmçinin, 1963-cü ildə çəkilən "Əhməd haradadır" filmində səslənib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...