Ermənistan və Azərbaycan arasında “buzlar” əriyir - Rus nəşrindən ilginc iddia | Eurasia Diary - ednews.net

19 Fevral, Çərşənbə axşamı


Ermənistan və Azərbaycan arasında “buzlar” əriyir - Rus nəşrindən ilginc iddia

Siyasət A- A A+

“Dağlıq Qarabağda müharibənin başlayacağından ehtiyat edən Ermənistan öz silahlı qüvvələrini gücləndirmək üçün hərəkətə keçib”.

Eurasia Diary xəbər verir ki, bu barədə Rusiyada nəşr olunan “Nezavisimaya qəzeta” məlumat yayıb.

Qəzet Ermənistan hökumətinin ordu üçün yeni silahlar almaq niyyətində olduğunu bildirsə də, münaqişə tərəfləri arasında “buzlar”ın tədricən əridiyinə də diqqət çəkib:

“Yaxınlarda Ermənistan və Azərbaycan xarici işlər nazirləri Münhendə keçiriləcək Təhlükəsizlik Konfransı çərçivəsində görüşəcəklər. Mütəxəssislərə görə, tərəflər Dağlıq Qarabağ münaqişəsi məsələsində əlaqələri yenidən qurmağa hazırlaşırlar”.

Qəzet tərəflər arasında sıxlaşan təmasların Qarabağ münaqişəsinin həll prosesinə təkan verəcəyini də istisna etməyib.

Teleqraf

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...