Xocalıda törədilən dəhşətli cinayətə göz yummaq son dərəcə böyük haqsızlıqdır, erməni faşizmini dəstəkləməkdir

Siyasət 20:06 14.02.2019

O gecə azərbaycanlıları özlərinin əbədi düşməni hesab edən ermənilər məskunlaşdıqları Azərbaycan torpaqlarında azərbaycanlı qanı axıtdılar, XIX əsrdə Qarabağ torpaqlarında onlara yer vermiş azərbaycanlılara qarşı insanlığa xas olmayan vəhşiliklər törətdilər. Xocalı adlı bir yurd yerini yer üzündən sildilər. Xocalı sakinləri amansızlıqla qətlə yetirildi, əsir götürüldü, şəhər oda qalandı. Çox təəssüf ki, dünya hələ də buna göz yumur. Tarixin bəlkə də ən qanlı, ən qəddar, ən böyük cinayətlərindən birini yaşayan millətimiz artıq 27 ildir ki, dünya birliyinin susqunluğuna son qoyulmasını, Xocalı soyqırımına obyektiv qiymət verilməsini gözləyir. 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 yerli sakinin qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyi, 487 nəfərin (76-sı uşaq) yaralandığı, 1275 nəfərin əsir götürüldüyü (onlardan 150-nin taleyi hələ də məlum deyil) bu dəhşətli cinayətə və vəhşiliyə göz yummaq son dərəcə böyük haqsızlıqdır, erməni faşizmini dəstəkləməkdir.

Təəssüflə qeyd etmək lazımdır ki, Xocalı faciəsi baş verdiyi dönəmdə ölkəmizin səbatsız rəhbərliyinin səriştəsiz siyasəti nəticəsində nəinki soyqırımı törədən erməni faşistləri qınağa tuş gəlmədi, heç faciənin miqyası, səbəbkarları barədə dövlət səviyyəsində araşdırma belə aparılmadı. Məhz Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən sonra onun təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Həmin sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı.

O faciədə Azərbaycanın 7 Milli Qəhrəmanı vuruşaraq canlarını Vətən uğrunda qurban verib. Allahverdi Bağırovun yalnız “Hollywood” filmlərində gördüyümüz şücaəti nəticəsində 1000-dən artıq Xocalı əsirini ermənilərdən azad edilmiş, Şöhrət Həsənov son nəfəsinə qədər insanların çayı keçməsinə kömək etmiş, Çingiz Mustafayev ermənilərin törətdikləri vəhşilikləri göz yaşları içində videolentə almışdır. Bunlar Azərbaycanın necə mərd oğullar yetişdirdiyinə canlı misaldır. Bu faciənin yüz illər sonra da gələcək nəsillərin xatirəsindən silinməməsi üçün bugünkü nəsil əlindən gələni etməyə borcludur.

Ulu Öndərin ölkə həyatının bütün spektrlərini əhatə edən daxili və xarici siyasəti sayəsində Xocalı faciəsinin dünyaya tanıdılması, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, bütün beynəlxalq qurumlarda ədalətli qiymət verilməsi istiqamətində göstərilən səylər bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının tapşırığı əsasında hazırda Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də Xocalı soyqırımının xarici ölkələrdə və onların parlamentlərində tanınmasıdır. Xocalı soyqırımını qətliam kimi Pakistan və Sudan, parlament səviyyəsində Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyıb, həmçinin ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Digər bir sıra ölkələr bu günü “Xocalı qətliamı” günü kimi anırlar.

2012-ci il noyabrın 20-də Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırım kimi tanıyan qətnamə qəbul edilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dövlət qurumları, gənclər təşkilatları və ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan təqdimatlar təşkil edilir. Bu kampaniya Xocalı faciəsi barədə həqiqətləri qlobal səviyyədə dünya ictimaiyyətinə çatdırmaq üçün böyük əhəmiyyətə malikdir. Bu məqsədlə müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edilir.

Fevralın 26-da baş verən dəhşətlər yalnız bizim torpaqlarımızın işğal edilməsinə bir cəhd deyildi. Ermənilər, həmçinin bizim birliyimizə, ruhumuza, vətənpərvərlik hissimizə və tariximizə ləkə salmaq istəyirdilər. Onlar öz hücumları ilə bizim qəlbimizdə qorxu xofu yaratmaq, millətimizin daxildən parçalanmasına, sarsılmasına nail olmaq istəyirdilər. Lakin bunların heç biri baş tutmadı. Biz ayağa qalxdıq, biz ayaqdayıq, biz öz milli kimliyimizi, ləyaqətimizi qoruyub saxlaya bildik, biz öz həqiqətimizi dünyaya yaymaqda israrlıyıq. Biz bir millət kimi bizə aid olanı - ədalətin zəfərini və torpaqlarımızın geri qaytarılmasını tələb edirik. O günlər daim hər bir azərbaycanlının yaddaşında dəhşətli xatirələr kimi qalacaq, amma həmin gün canlarını qurban verən bacı və qardaşlarımızın ruhunu şad etmək üçün biz Azərbaycanımızın gələcəyini daha parlaq və daha firavan etməyə borcluyuq.

Abbas İsmayılov,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
xarici əlaqələr üzrə baş mütəxəssisi

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Hamısı