Prezidentin köməkçisi Moskvada azərbaycanlılarla çeçenlər arasındakı insidentdən danışdı

Siyasət 10:29 16.02.2019

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov fevralın 15-də Moskvadakı “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidentlə bağlı AZƏRTAC-a açıqlama verib.

Ə. Həsənov bildirib ki, Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz:

“Azərbaycan və çeçen xalqları arasında əlaqələr tarixin sınağından çıxmışdır və nümunəvi xarakter daşıyır. Prezident İlham Əliyevlə Çeçenistan Prezidenti Ramzan Kadırov arasında mövcud olan şəxsi dostluq münasibətləri, ötən ilin sonlarında keçirdikləri görüşdə səslənən fikirlər buna əyani sübutdur. Ümumiyyətlə, azərbaycanlılar bütün Qafqaz xalqları ilə əsrlər ərzində formalaşmış ortaq tarixini, dəyərlərini yüksək qiymətləndirir və həmişə qorumağa çalışır”.

Azərbaycan ilə Rusiya arasında gündən-günə inkişaf edən əməkdaşlıq əlaqələrinin həm də ölkəmizin Şimali Qafqaz respublikaları, o cümlədən Çeçenistanla əməkdaşlığının möhkəmlənməsində önəmli rol oynadığını vurğulayan Ə. Həsənov qeyd edib ki, Rusiya çoxmillətli dövlətdir, burada yaşayan xalqlar öz dillərini, mədəniyyətlərini qoruyub inkişaf etdirirlər.

“Rusiyada yaşayan azərbaycanlılar da digər xalqlar kimi həmişə öz milli mədəni hüquqlarından tam istifadə edə bilirlər. Biz soydaşlarımızı, qardaş çeçen və Rusiyada yaşayan digər xalqların nümayəndələrini bu ölkədəki multikultural mühitdən, yaradılmış şəraitdən xoş məramlar, xalqlararası dostluğun inkişafına töhfə verəcək məqsədlər üçün istifadə etməyə, belə xoşagəlməz insidentlərə yol verməməyə dəvət edirik. Əminliklə bildiririk ki, Moskvada yaşanmış insidentdən sui-istifadə edərək xalqlarımız arasında düşmənçilik toxumu səpmək istəyən qüvvələr böyük yanlışlığa yol verirlər və öz çirkin niyyətlərinə çatmayacaqlar”, - deyə o vurğulayıb.

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib
11:05 28.03.2024
ABŞ Dövlət Departamentinin əməkdaşı ölkəsini soyqırıma şərait yaratmaqda günahlandırıb
11:03 28.03.2024
Putin Qərbə xəbərdarlıq edib
Putin Qərbə xəbərdarlıq edib
11:00 28.03.2024
Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI
10:45 28.03.2024
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
10:35 28.03.2024
Deportasiya edilən təxribatçı sığınacaq istədi
Deportasiya edilən təxribatçı sığınacaq istədi
10:30 28.03.2024
Bakıda döyüş tətbiqinə yararlı qumbara və partladıcı tapıldı
10:25 28.03.2024
Bu gün ilk Qədr gecəsidir
Bu gün ilk Qədr gecəsidir
10:20 28.03.2024
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
10:15 28.03.2024
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
10:12 28.03.2024
Əli Nağıyev: “Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq”
10:08 28.03.2024
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
10:05 28.03.2024
Bağça müdiri vəzifəsinə qəbul üçün imtahan keçiriləcək
10:00 28.03.2024
İtaliyada güclü ZƏLZƏLƏ oldu
09:58 28.03.2024
Azərbaycan Xalqının Qüruru İlə Oynamaq olmaz! – Elman Mustafazadə yazır...
09:58 28.03.2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:55 28.03.2024
Ötən il DTX 190 cinayət işinin ibtidai istintaqını APARIB
09:53 28.03.2024
Fransa Braziliya ilə hərbi əməkdaşlığa başlayıb
Fransa Braziliya ilə hərbi əməkdaşlığa başlayıb
09:50 28.03.2024
III Dünya Müharibəsi başlanır? – Politoloq ŞƏRH EDİR
09:45 28.03.2024
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO
09:43 28.03.2024
Sonuncu yarımfinalçı bəlli oldu
Sonuncu yarımfinalçı bəlli oldu
09:40 28.03.2024
Sosial şəbəkə fenomeni xərçəng xəstəliyinə tutulub
Sosial şəbəkə fenomeni xərçəng xəstəliyinə tutulub
09:35 28.03.2024
PKK tərəfdarları Paris havalimanında xaos yaratdı 3 nəfət yaralanıb - VİDEO
09:32 28.03.2024
Məhkəmə telefona görə aravadını döyən kişi ilə bağlı QƏRAR VERDİ
Məhkəmə telefona görə aravadını döyən kişi ilə bağlı QƏRAR VERDİ
09:30 28.03.2024
Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir YENİLİK - VİDEO
09:22 28.03.2024
Hamısı