Erməni politoloq İlham Əliyevin müsahibəsi haqda

Siyasət 11:42 16.02.2019

Erməni politoloq Ağası Yenokyan hesab edir ki, son bir neçə ay ərzində Azərbaycan Ermənistan üzərində əhəmiyyətli üstünlük qazanıb və ölkəmizin danışıqlar prosesindəki mövqeyi əvvəllər olduğundan daha güclüdür.

Eurasia Diary-nin məlumatına görə, A.Yenokyan bunu aysor-a açıqlamasında, Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi son müsahibədə "Azərbaycan Ermənistan qarşısında həm müzakirə masasında, həm də döyüş meydanında üstünlüyə malikdir" sözlərini şərh edərkən deyib.

Xatırladaq ki, Prezident İlham Əliyev Real TV-yə müsahibəsində Dağlıq Qarabağ ətrafındakı vəziyyəti şərh edərkən deyib ki, "bu gün Azərbaycan həm müzakirə masasında, həm də döyüş meydanında üstünlüyə malikdir".

Politoloqun sözlərinə görə, "ritorikanın dəyişməsi və əvvəlki fikirlərin kəskinləşməsi də Azərbaycanın daha əlverişli mövqeyindən xəbər verir".

"Bütün bunları nəzərə alaraq, deyə bilərəm ki, İlham Əliyevin dedikləri doğrudur. Azərbaycanın döyüş meydanındakı statusuna gəlincə, açıq informasiya mənbələrinin son bir neçə il ərzində bizim rəqibimizin əldə etdiyi silahların miqdarı haqda açıqlamalarına əsasən demək olar ki, Əliyev burada da haqlıdır", - deyə Ağasi Yenokyan bildirib.

O hesab edir ki, danışıqlar prosesində Ermənistanın atdığı addımlar Azərbaycan Prezidentində ümid yaradıb.

"İlham Əliyevin bu cür ritorikası, Ermənistanın hərəkətləri fonunda, Azərbaycanın hərəkətləri ilə bağlıdır", - deyə erməni ekspert vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti həmin müsahibəsində demişdi: “Biz son illər ərzində münaqişənin həlli üçün güclü hüquqi baza yaratdıq. Dünyanın bir çox mötəbər aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı həqiqəti əks etdirən, bizim mövqeyimizi dəstəkləyən qətnamələr, qərarlar qəbul etmişlər - BMT-nin Baş Assambleyası, ondan əvvəl Təhlükəsizlik Şurası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədində ərazi bütövlüyümüz, suverenliyimiz, sərhədlərimizin toxunulmazlığı haqqında dəstək ifadə olunub. Yəni, bu, münaqişə üçün hüquqi baza yaradır. Hüquqi baza ondan ibarətdir ki, Dağlıq Qarabağ, - bunu biz hamımız yaxşı bilirik, - Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişənin həlli yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür.

Ermənistanın yeni hökuməti birinci mərhələdə çox ziddiyyətli bəyanatlar verirdi ki, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Biz əlbəttə ki, bu ziddiyyətli və anlaşılmaz bəyanatları dərhal rədd etdik. O cümlədən vasitəçilər də əlbəttə ki, belə bir mövqe ilə razılaşa bilməzdilər. Öz prinsipial mövqeyimizdə qalaraq biz danışıqlar prosesinə sadiqik. Bu gün danışıqlar Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında aparılır. Artıq bir neçə raund danışıqlar aparılıb. Biz ümid edirik ki, bu danışıqların nəticəsi olacaqdır. Ona görə danışıqların aparılması əlbəttə ki, müsbət hal kimi qiymətləndirilə bilər. Bu, bir daha onu göstərir ki, Ermənistanın yeni rəhbərliyinin ilk mərhələdə bəyan etdiyi prinsiplər tamamilə qəbuledilməzdir.

Eyni zamanda, biz güclü iqtisadi potensial yaradaraq güclü ordu da yaratmışıq. Bu gün Azərbaycan Ordusu dünyada güclü ordular sırasındadır. Bizim döyüş qabiliyyətimiz, imkanlarımız artır. Biz ordumuzu ən müasir texnika ilə təchiz edirik. Aprel döyüşləri bizim gücümüzü göstərdi. Ən əlverişsiz hərbi mövqelərdən əks-hücum əməliyyatı apararaq biz strateji yüksəklikləri əldə etdik. Torpaqlarımızı işğalçılardan azad etdik. Bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarında Azərbaycan bayrağı dalğalanır. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir...

Aprel döyüşlərindən iki il sonra uğurlu Naxçıvan əməliyyatı keçirildi. O, taktiki baxımdan fərqli əməliyyat idi, ancaq nəticə etibarilə çox uğurlu idi və bizə imkan verdi ki, strateji yüksəklikləri, dağları tam nəzarətə götürək və bu dağlardan düşmənin strateji kommunikasiyalarına nəzarət edək...”.

Natiq Hüseynzadə

"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO

Xəbər xətti

IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
20:20 16.04.2024
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
20:00 16.04.2024
Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
19:50 16.04.2024
Moskvanın Qırmızı Meydanı BAĞLANDI
19:44 16.04.2024
"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO
19:30 16.04.2024
Qəzzada ölənlərin sayı 34 minə YAXINLAŞIR
19:20 16.04.2024
Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU
19:10 16.04.2024
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
18:56 16.04.2024
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
18:47 16.04.2024
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:38 16.04.2024
Azərbaycanın cəsur qadınları QARABAĞDA! - VİDEO - FOTOLAR
18:32 16.04.2024
Umud Mirzəyev: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində səsləndirdiyi iddialar absurddur”
18:30 16.04.2024
Kirakosyandan Azərbaycana qarşı növbəti təxribat dolu İDDİALAR - VİDEO
18:21 16.04.2024
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
18:19 16.04.2024
Sabah Bakının üç rayonunda qaz olmayacaq
18:10 16.04.2024
Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır
17:47 16.04.2024
Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına gedir
17:35 16.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı əssasız İDDİALAR - VİDEO
17:30 16.04.2024
Azad edilmiş ərazilərdəki yaylaqlara 4 mindən çox fermer KÖÇƏCƏK
17:25 16.04.2024
Rusiyada TikTok bloklana bilər
Rusiyada TikTok bloklana bilər
17:17 16.04.2024
Daha 156 ailə Füzuli şəhərinə köçürüləcək
17:00 16.04.2024
İran Prezidenti Putinə zəng edib
16:55 16.04.2024
Tiktoker “Semka” HƏBS OLUNDU
16:50 16.04.2024
AÇG-dəki yeni ACE platformasından hasilat BAŞLANDI
16:40 16.04.2024
Twitter yeni istifadəçilər üçün ÖDƏNİŞLİ OLDU
Twitter yeni istifadəçilər üçün ÖDƏNİŞLİ OLDU
16:35 16.04.2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
16:20 16.04.2024
Misirdən ŞOK XƏBƏR: Hüsnü Mübarək hələ YAŞAYIR? - VİDEO
Misirdən ŞOK XƏBƏR: Hüsnü Mübarək hələ YAŞAYIR? - VİDEO
16:15 16.04.2024
Maqnit qasırğasından necə qorunaq? - Həkim AÇIQLAYIR
16:00 16.04.2024
İsrail-İran konflikti Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? - Açıqlama
15:30 16.04.2024
Azərbaycanda baş redaktor və müxbir həbs edildi
15:15 16.04.2024
Füzuli şəhərində infrastruktur necə qurulur? - VİDEO
15:00 16.04.2024
“İran və İsrail arasında münaqişənin alovlanması...” – İngilis Politoloqdan ÖZƏL ŞƏRH
14:50 16.04.2024
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
14:40 16.04.2024
Cənubi Qafqazı xaosa sürükləmək istəyənlər... – GİZLİ MƏQAMLAR – ŞƏRH
14:30 16.04.2024
Prezidentdən Türkiyə–Azərbaycan Universiteti ilə bağlı FƏRMAN
14:22 16.04.2024
Salam Sarvan yenidən əməliyyat olunacaq
14:19 16.04.2024
İsrail XİN İranla bağlı 32 ölkəyə ÇAĞIRIŞ ETDİ
14:11 16.04.2024
İlham Əliyev: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"
14:05 16.04.2024
“Bələdiyyələrin statusu haqqında” qanun DƏYİŞDİ
14:02 16.04.2024
Reklam Agentliyinə sədr təyin edilən Fərhad Adıgözəlov KİMDİR? – DOSYE
14:00 16.04.2024
Hamısı