Dudayevin Azərbaycana münasibəti Türk olduğumu desəm...

Siyasət 14:15 17.02.2019

Fevralın 15-i Çeçenistanın ilk prezidenti Cövhər Dudayevin doğum günüdür.

Eurasia Diary xatırladır ki, o, 1944-cü ilin 15 fevralı ÇeçenistanınYalho kəndində doğulub. Dudayev Çeçenistanın ilk aviasiya generalı idi. O, 1990-cı ildə Çeçenistanın da Rusiyanın tərkibindən çıxaraq öz müstəqilliyini elan edəcəyini bildirmişdi.

Dudayev 1994-cü ilin 31 dekabrında rus qoşunlarının şəhərə uğursuz hücumunu qarşısının alınmasında önəmli rol oynadı. Lakin iki ay davam edən döyüşlər 1995-ci ilin fevralında şəhərin ruslara təslim olması ilə nəticələndi. Dudayev hakimiyyətinin simvolu olan və uğrunda amansız döyüşlərin getdiyi Prezident iqamətgahı ruslar tərəfindən partladıldı. Lakin Dudayevi ələ keçirmək mümkün olmadı.

Dudayevə qarşı üç sui-qəsd cəhdi uğursuzluqla nəticələndi. Birinci sui-qəsd zamanı snayperin səhvi nəticəsində Dudayev sağ qalır. Sonrakı cəhddə isə yola qoyulmuş mina Dudayevin maşının keçidi zamanı partlasa da, çeçen lideri yüngül xəsarət alır. Üçüncü cəhd zamanı isə Dudayev öz mühafizə xidməti ilə birlikdə gizləndiyi evin partladılmasından 5 dəqiqə qabaq oranı tərk edir.

Lakin 1996-cı ilin aprelin ortalarında Çeçenistanın Saçi rayonun Yarış-Mardı kəndi yaxınlığında rus qoşunlarının hərbi karvanına hücum Dudayevə qarşı xüsusi əməliyyatın başlanmasını sürətləndirir. Hücum nəticəsində çeçenlər ruslara böyük itki yaşadır. Bundan sonra əhali arasında nüfuzdan düşməyə başlayan prezident Boris Yeltsin Federal Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsinə Dudayevin nəyin bahasına olursa-olsun məhv edilməsi göstərişini verir. Xüsusi xidmət orqanları 1 milyon dollar qarşılığında yerli informatorlardan Dudayevin telefonla danışdığı ərazini müəyyənləşdirirlər. Xüsusi əməliyyatı yerinə yetirmək üçün 2 Su-25 qırıcı təyyarəsi ayrılır. Qırıcı təyyarələr xüsusi hədəfi özü müəyyənləşdirən lazer başlıqlarla təchiz edilir. Telefonun siqnalı qeydə alınan kimi həmin təyyarələr havaya qalxaraq hədəfi məhv etməli idilər. Bütün sutka boyu ərazini nəzarətə götürən ruslar Dudayevin telefonla zəng etməsini gözləməyə başlayırlar. Nəhayət, 1996-cı ilin aprelin 21-də Qroznı şəhərindən 30 km cənubda yerləşən Qexi-Çu kəndi yaxınlığında Dudayevin telefonla danışacağı barədə Rusiya kəşfiyyat xidmətinə çeçen casusları tərəfindən məlumat ötürülür. Dərhal havaya qalxan təyyarələr hədəfi məhv edirlər.

Adətən, telefonla 5 dəqiqədən artıq danışmayan Dudayev həmin gün telefonla 10 dəqiqəyə yaxın danışır. Dudayevə doğru atılan iki raketdən biri düz onun başına dəyir və o, yerindəcə keçinir. İki mühafizəçisi də onunla birlikdə həlak olur. Onun nəşi ətrafdakı insanların köməyi ilə dəfn edilsə də, dəfn olunduğu yer naməlum olaraq qalır…

Kult.az-a müsahibəsi zamanı Çövhər Dudayevlə bağlı xatirələrini bölüşən peşəkar jurnalist Ağası Hun onun ölkəmizə - Azərbaycana böyük ümidlər bəslədiyini söyləyir:

“Cövhər Dudayev Azərbaycana çox ümid bəsləyirdi. Azərbaycanı çox sevirdi. Mən onunla çox görüşmüşəm. Bir dəfə SSRİ-nin keçmiş daxili qoşunlar komandiri general Sufyan Beppayev, Balkar kürklərinin TÖRE təşkilatının başqanı Bahauddin Etyazov və mən - üçümüz birlikdə Cövhər Dudayevlə görüşdük. Dudayev gözəl bir söhbət elədi. Dedi ki, mən Qarabulaqlıyam. Qarabulaqlılar rus-Qafqaz savaşında ruslara ən çox müqavimət göstərən türk xalqıdır. Bu gün İnquşetiyada Karabulak şəhəri var. Bir çox xalqları tamamən məhv edən rus dövləti Qarabulaqlıların da tamamən yer üzündən silinməsi üçün əmr vermiş və bu xalqın sağ qalanları dağlara çıxmış, Vaynaxların arasında ərimişlər. Bu zaman Qarabulaq adını çeçen və inquşların arasında tayfa və toxum adı olaraq qoruya bildilər. Azərbaycanda və bir çox türk ərazilərində Qarabulaq adlı kəndlər çoxdur. Eləcə də bu adda Çeçenistanda da həm tayfa, həm də kəndlər var. Dudayev dedi ki, mənim pasportumda çeçen yazılıb, qardaşımın pasportunda inquş. Amma mən əslən Qarabulaq türküyəm. Ancaq mən türk olduğumu indi açıq şəkildə bəyan edə bilmərəm. Bu, gələcəyin işidir”.


Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Hamısı