Azərbaycanın supermüasir raketi... Ermənistanda təşvişə səbəb oldu

Siyasət 14:30 17.02.2019

Bu yaxınlarda Azərbaycan Silahlı Qüvvələrinin, konkret olaraq Hərbi Hava Qüvvələrinin silahlanmasına supermüasir “SOM-B1” qanadlı raketləri daxil olub. Həmin raketlər “Stealth” texnologiyası ilə hazırlanıb və məxsusi olaraq hava hücumundan, habelə raket hücumundan müdafiə obyektlərinin məhv edilməsi üçün nəzərdə tutulub

Virtualaz.org xəbər verir ki, erməni hərbi ekspert Van Ambardzumyan NEWS.am-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, həmin raketlər nəinki hava və raket hücumlarından müdafiə sistemlərini dəf etmək üçündür, eyni zamanda həmin sistemlərin özlərini məhv edə bilər və Ermənistanın bu raketlərə qarşı müdafiə imkanları yoxdur.

 

“Yəni Ermənistan Silahlı Qüvvələrinin silahlanmasında yer alan S-300 PS və S-300 PT zenit-raket sistemləri bu raketlər üçün adi hədəfdir. Bu qanadlı raketlər 250 km. radiusa malikdir, üstəlik minimal uçuş hündürlüyü cəmi 10 metrdir. S-300 PS və S-300 PT zenit-raket sistemlərinin aerodinamik hədəfləri vurmaq üçün minimal hündürlüyü isə 25 metrdir. Həmin qurğular maksimum 75 kilometr uzaqlıqda və 27 kilometr hündürlükdə hədəfləri vura bilər”-Ambardzumyan izah edib.

Erməni hərbi ekspert əlavə edib ki, həmin yeni Türkiyə raketlərinin uçuş zamanı relyefə uyğun manevr etmək imkanları var. Ermənistan isə dağlıq ölkə olduğu üçün həmin amil HHM sistemləri üçün hədəfləri ayrıd etməyi xeyli çətinləşdirəcək.

“Dağların fonunda hədəfləri ayrıd etmək xeyli mürəkkəbdir. Erməni ordusunun sərəncamında olan Buk-M2 zenit-raket komplekslərin də bu tipli raketləri vurmaq imkanında deyil”-o bildirib.

Ambardzumyan diqqəti bu məqama yönəldib ki, Türkiyədə istehsal olunan silahlar NATO standartlarına cavab verməlidir. Azərbaycanın silahlanmasında isə əsasən sovet və Rusiya istehsalı olan qırıcılar var. “Hətta Gürcüstandan alınan “Su-25KM” təlim-döyüş təyyarələrində də kodlaşdırılmış radiosiqnalın ikitərəfli ötürülməsi sistemi yoxdur. Belə sistem olmayanda isə “SOM-B1” raketləri faydasızdır. Məhz bu xüsusat Bakının İtaliyadan “Alenia Aermacchi M-346 Master” təlim-məşq təyyarələrinin iri partiyasını almasına səbəb olub”-erməni hərbi ekspert əlavə edib.

Ambardzumyan qeyd edib ki, həmin təyyarələr NATO standartlarına uyğundur və təlim-məşq təyyarələri kimi hazırlansa da tamamilə döyüş məqsədi üçün də istifadə oluna bilər. Çünki təyyarələr hava-yer tipli raketlər, kaset aviabombaları daşıya bilər. Döyüş yükü 500 kiloqramdır. Ambardzumyana görə həmin təyyarələr “SOM-B1” raketlərini də daşımaq imkanındadır.

Erməni ekspert onu da bildirib ki, həmin təyyarələr təlim-məşq təyinatlı olsa da Bakı əvvəlcə 10 M-346 “Master” təyyarəsi almağa qərar verib, daha sonra 15-ni də sifariş verib və gələcəkdə daha 10 ədə almağa hazırlaşır. Bu da Ambardzumyana görə Azərbaycanın əsl hədəfini və məqsədini ortaya qoyur. Çünki pilotlara təlim vermək üçün birdən birə 10 təyyarə almaq heç nə ilə əsaslandırılmayan israfçılıq olardı. Deməli Bakı bu maşınları döyüş vəzifələrinin yerinə yetirilməsi üçün alıb.

“Azərbaycana pilotlara təlim vermək üçün 4 belə təyyarə də bəs edərdi. Səsdən iti uçan 16 qırıcısı olan heç bir ölkə pilotlara təlim vermək üçün 25 təyyarə almaz. Bu primitiv məntiqdir”- o deyib.

Ekspert əlavə edib ki, Bakı təkcə İtaliya təyyarələrinin alınması ilə işi yekunlaşdırmır və Ruiyadan çoxməqsədli Su-30MKA qırıcılarını da almağa hazırlaşır. Onun iddiasına görə Azərbaycan bu məqsədlə öz pilotlarını Əlcəzair Hərbi Hava Qüvvələrinin Rusiyadan alınan Su-30MKA qırıcılarında təlim keçməyə göndərib. Ambardzumyan deyib ki, həmin qırıcılar Rusiyanın Ermənistana verməyə hazırlaşdığı Su-30SM qırıcılarından döyüş və taktiki göstəricilərinə görə daha üstündür.

“Digər tərəfdən problem ondadır ki, pilotların hazırlanmasına ən azı 5 il vaxt lazımdır. İndiki məqamda bizim pilotlar həmin müasir təyyarələrdə uçmağa hazır deyillər, onlar indiyədək səsdən aşağı sürətlə uçan Su-25 təyyarələrində uçublar”-Ambardzumyan deyib.

Xatırladaq ki, Azərbaycan Türkiyədən alınan “SOM-B1” hava-yer raketlərini ilk dəfə 2018-ci ildə Bakıda keçirilən hərbi paradda nümayiş etdirib. Həmin vaxt raketlər hələ silahlanmaya daxil edilməmişdi, amma onların  paradda görünməsi geniş rezonansa və erməni dairələrində təşvişə səbəb oldu.

İtaliyanın “Leonardo Aircraft” şirkətindən sifariş edilən M-346 “Master” təlim-məşq təyyarələri isə ilk dəfə 2017-ci ildə Müdafiə Nazirliyi tərəfindən nümayiş etdirilib. Sonradan məlum olub ki, Azərbaycan 10 belə təyyarə alıb, daha 15-ni sifaiş verib.  M-346 yüngül təlim-məşq təyyarələri asanlıqla döyüş təyyarələri kimi modifikasiya oluna, onun asqılarında kaset tipli aviabombalar, yaxud qanadlı raketlər və idarəolunmayan bombalar quraşdırıla bilər.

Bu yaxınlarda Rusiyanın Ermənistana 4 Su-30 SM qırıcısı verəcəyi məlum olanda erməni ekspert çevrələrində lovğalanırdılar ki, həmin döyüş maşınlarının sayəsində Yerevan Bakı ilə hərbi tarazlığı bərpa edə bilər. Lakin indi ermənilərin özləri etiraf edir ki, bu tarazlığı bərpa etmək mümkün deyil.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas - VİDEO
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Hamısı