Azərbaycan yeni “Boeing-737 MAX” təyyarələri alacaq

Siyasət 11:46 19.02.2019

Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdədir.

Eurasia Diary bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir. 

Məlumata görə, səfərin gündəliyini Azərbaycan və Avropa İttifaqı arasında Vahid Aviasiya Məkanına dair saziş təşkil edir.

Heydər Əliyev Beynəlxalq Hava Limanına səfər zamanı qonaqlar AZAL prezidenti Cahangir Əsgərovla görüş keçiriblər. Görüşdə tərəflər əməkdaşlıq perspektivlərini və Azərbaycanın mülki aviasiya sahəsində Avropa mütəxəssislərinin təcrübəsinin tətbiqini müzakirə ediblər.

AZAL prezidenti vurğulayıb ki, Azərbaycanın Milli aviadaşıyıcısı ən yeni təyyarə parklarından birinə malikdir. 2019-cu ilin ikinci yarısından etibarən Azərbaycanın Milli aviadaşıyıcısının hava gəmiləri parkına yeni müasir “Boeing-737 MAX” təyyarələri əlavə olunacaq və onların ümumi sayı 10-a çatacaq.

Prezident İlham Əliyevin tapşırığı ilə 2016-cı ilin dekabrında ilk aşağı büdcəli aviaşirkət “Buta Airways”in əsası qoyulub. Aviaşirkətin donanması ən çox tələb olunan istiqamətlərə uçuşlar yerinə yetirən müasir “Embraer E-190” təyyarələrindən ibarətdir.

Cahangir Əsgərovun sözlərinə görə, baxmayaraq ki, Azərbaycanın ərazisi elə də böyük deyil, ölkədə beynəlxalq standartların bütün tələblərinə cavab verən altı beynəlxalq hava limanı fəaliyyət göstərir. 2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu "Skytrax World Airport Awards"un ən yüksək – “5 Ulduz” mükafatına layiq görülüb. Bakı hava limanı həmçinin Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edib.

AZAL prezidenti xüsusilə vurğulayıb ki, xarici aviaşirkətlər Azərbaycana heç bir məhdudiyyət olmadan uçuşlar həyata keçirə, həmçinin hava limanlarımız vasitəsilə digər şəhərlərə aviareyslər yerinə yetirə bilərlər (beşinci qrup “hava azadlığı”). Cahangir Əsgərovun fikrincə, məhdudiyyətlərin aradan qaldırılması təkcə aviadaşımaların inkişafına gətirib çıxarmayacaq, həmçinin iqtisadi artımı və yeni iş yerlərinin yaradılmasını təmin edəcək.

Qonaqlar qeyd ediblər ki, qabaqcıl texnologiyanın tətbiqi ilə Azərbaycanda mülki aviasiya sahəsində yaradılmış imkanlar onlara böyük təəssürat bəxş edib. Henrik Hololey Azərbaycan mülki aviasiyasının nailiyyətlərini, personal hazırlığını, hava hərəkətinin təşkili sahəsində son texnologiyaların və innovasiyaların tətbiqini yüksək qiymətləndirib.

Ölkədə yaradılan şərait sayəsində Azərbaycan dünya aviasiya birliyi üçün daha cəlbedici olur və Avropanın daha çox aviaşirkəti tranzit uçuşlar üçün ölkəmizin hava məkanını seçməyə üstünlük verirlər. Unikal coğrafi mövqeyi sayəsində Azərbaycan Avropa və Asiya arasında artan daşımaların özünəməxsus əlaqələndirici qovşağına çevrilib.

Avropa Komissiyasının nümayəndə heyəti həmçinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi, onun strukturu və aeronaviqasiya sahəsində nailiyyətləri ilə tanış olub. Qonaqlar həmçinin yeni Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzini (ASEC) ziyarət ediblər.

Azərbaycanda aeronaviqasiya sahəsinin uğurlu və dinamik inkişafı Bakıya 2020-ci ildə CANSO "Global ATM Summit" aviasiya sammitinin keçirilməsi üzrə müsabiqəni qazanmağa imkan verib. AZANS 2018-ci ildə CANSO EUROPE Avropa Aeronaviqasiya Təşkilatlarının Direktorları Komitəsinə üzv seçilmişdir və Avropa Hava Məkanının gələcək arxitekturasının işlənib hazırlanmasında fəal iştirak edir. 

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı