Küveytdə Xocalı soyqırımının ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilib

Siyasət 11:58 20.02.2019

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən bir sıra tədbirlər keçirilib. Belə ki, ərəb dilində hazırlanmış “Xocalı soyqırımı”, ingilis dilində “Xocalı - XX əsrin soyqırımı” kitabları, eyni zamanda, 1992-ci ildə Xocalıda törədilən soyqırımını əyani şəkildə özündə əks etdirən sənədli filmin ərəb dilində DVD variantı, səfirliyin ərəb dilində press-relizi Küveyt Xarici İşlər Nazirliyi ilə yanaşı, digər dövlət, hökumət qurumlarına, parlamentə, ölkədə fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndərilib. Həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanatı Küveyt parlamentinə, Xarici İşlər Nazirliyinə, həmçinin digər nazirliklərə, ölkədə akkreditə olunmuş səfirliklərə və beynəlxalq təşkilatlara göndərilib. Bu barədə səfirlikdən məlumat verilib.

Azərbaycanın Küveytdəki səfirliyində bu ölkədə yaşayan və işləyən, təhsil alan Azərbaycan vətəndaşları, Türkiyə və digər ölkələrin diaspor nümayəndələrinin, yerli ictimaiyyətin təmsilçilərinin iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.

Əvvəlcə soyqırımına məruz qalmış xocalılıların, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Elxan Qəhrəman çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin nəinki Azərbaycan xalqının, ümumiyyətlə insanlıq tarixinə qanlı hərflərlə yazıldığını, həmin gecə erməni yaraqlılarının SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnika və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerlə yeksan etdiyini, orada yaşayan mülki əhalinin qəddarlıqla qətlə yetirildiyini, bu qanlı cinayət nəticəsində erməni millətçi və separatçılarının Dağlıq Qarabağı Ermənistana birləşdirmək məqsədilə hər cür qeyri-insani vəhşiliyə hazır olduqlarını bir daha nümayiş etdirdiyini iştirakçıların diqqətinə çatdırıb.

Diplomat erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri həmin kütləvi qırğın zamanı 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qocanın qətlə yetirildiyini, 1275 dinc sakinin əsir götürüldüyünü, 150 nəfərin taleyinin hələ də məlum olmadığını, 8 ailənin tamamilə yox edildiyini, 25 uşağın hər iki valideyninin, 130 uşağın isə valideynlərindən birinin öldürüldüyünü, 76-sı uşaq olmaqla, 487 nəfərin yaralandığını qeyd edib. Bildirib ki, Xocalı soyqırımında iştirak etmiş ermənilər və onların köməkçiləri insan haqlarını kobud şəkildə pozub, beynəlxalq hüquqi aktların, o cümlədən Cenevrə Konvensiyasının, Ümumdünya İnsan Haqları Bəyannaməsinin, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxalq Sazişin, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinin müddəalarına məhəl qoymayıblar. Azərbaycan xalqının təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin prinsipial mövqeyi sayəsində dinc əhalimizə qarşı törədilən Xocalı soyqırımına obyektiv hüquqi-siyasi qiymətin verildiyini, Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə 26 fevral “Xocalı soyqırımı günü” elan olunduğunu, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən böyük xidmətlər göstərildiyini, Xocalı faciəsini insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri kimi qiymətləndirildiyini, habelə Fondun birinci vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlərin reallaşdırıldığını diqqətə çatdırıb.

Səfir Xocalı faciəsinin parlament səviyyəsində bir çox ölkə və təşkilatlar tərəfindən qətliam kimi tanındığını qeyd edib. Diqqətə çatdırıb ki, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən bu soyqırımı ilə bağlı bir neçə qətnamə qəbul olunub, habelə ABŞ-ın 20-dən çox ştatı Xocalı hadisəsini soyqırımı kimi tanıyıb.

Sonra Xocalı soyqırımına həsr olunmuş filmə nümayiş olunub.

Səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanmış “Xocalı soyqırımı” kitabı tədbir iştirakçılarına paylanılıb.

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Hamısı