Türkiyənin "Yeni Akit" xəbər portalı fevralın 20-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etməsi və bəyanatları barədə xəbər yayıb.
Eurasia Diary xəbər verir ki, Türkiyə mediası xüsusilə Prezident İlham Əliyevin TANAP vasitəsilə Türkiyəyə 1 milyard kubmetrdən çox təbii qaz nəql edilməsi barədə fikirlərinə yer verib.
Qeyd edək ki, fevralın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib.