Lapşin Azərbaycanda onun barədə yeni cinayət işi açıldığını bildirib

Eyni zamanda heç bir faktı açıqlamayıb

Siyasət 10:42 21.02.2019

Bloqer Lapşin Azərbaycanda ona qarşı yeni cinayət işi açıldığını bildirib. Azərbaycanda terrorçuluğa çağırış və dövlət əleyhinə çıxış etdiyi üçün Aleksandr Lapşinə qarşı cinayət işi açılıb.

Azərbaycan Prezidenti 11 sentyabr 2017-ci il tarixli sərəncamı ilə dövlət sərhəddini qanunsuz keçdiyi üçün 20 iyul 2017-ci il tarixində üç il müddətinə azadlıqdan məhrum edilmiş bloqer Aleksandr Lapşini əfv edib. Azad edildikdən sonra bloqer xəstəxanaya yerləşdirilib. Hökumət orqanlarının verdiyi məlumatına görə, o intihar etməyə cəhd edib. Lapşin Bakıdakı həbsxanada baş verən bu hadisəni suiqəsdə cəhd adlandırıb. 14 sentyabr 2017-ci ildə bloqer İsrailə uçub ("Qafqaz Düyünü").

Fevralın 18-də bloqer Aleksandr Lapşin Facebook səhifəsində bildirib ki, Azərbaycanda ona qarşı iki yeni cinayət işi açılıb.

 

Bir ay əvvəl Rusiyanın bir təşkilatının əməkdaşları ona müraciət edərək xəbərdarlıq ediblər ki, Bakıda ona qarşı cinayət işi açılıb, Lapşin deyir. Ona deyilib ki, Azərbaycan rəhbərliyi Lapşinin Rusiya və İsraildən gələn tibbi ekspertiza nəticələri əsasında ona qarşı suiqəsd cəhdi olduğuna dair şikayətinin Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qəbul etməsindən narazıdır. Ona ehtiyatlı olmağı tövsiyə ediblər, həmçinin onu tutub saxlaya bilən və təslim edə biləcək ölkələrin siyahısını təqdim ediblər.

"Bu günlərdə Azərbaycanın planları barədə  İsrail məni rəsmən xəbərdar edib. Əvvəlcə Rusiyanın adından məni xəbərdar edən şəxslərin həmkarları ilə telefonla söhbət etdim və sonra onlarla razılığa əsasən, İsrail Xarici İşlər Nazirliyindən rəsmi məktub aldım. Orada ivrit dilində yazılmışdı ki, əldə olunan məlumatlara görə, Azərbaycan mənə qarşı cinayət işini başladıb və nəzərə alın ki, mən izlənilirəm", - Lapşin deyib.

Qeyd edək ki, Aleksandr Lapşin Rusiya, Ukrayna və İsrail vətəndaşıdır. Lapşinin Azərbaycanda təqibi Dağlıq Qarabağa səfər etdiyi üçün başladılmışdı.

Azərbaycan hakimiyyəti qanunvericilkdə iki maddənin pozulduğunu bildirib: "Terrorizmə açıq çağırışlar (qanunsuz məhkum edilmiş və həbs edilmiş azərbaycanlı bloqer Mehman Hüseynovun azad edilməsinə çağırış) və dövlətə qarşı açıq çağırışlar (orada Azərbaycan hakimiyyətini korrupsiya və qanun pozuntularına yol verməkdə ittiham etdiyim barədə yazdığım məqalələrin uzun siyahısı var)", bloqer deyir.

Mart ayında Lapşin İnterpolun Fransanın Lion şəhərində yerləşən qərargahına getməyi planlaşdırır. Lapşin bildirib ki, "Orada Azərbaycanın müxalifəti təqib etmək və mətbuat azadlığına qarşı terror həyata keçirmək üçün bu hörmətli beynəlxalq qurumun alətlərindən istifadə etdiyi ilə bağlı danışacam".

Lapşinin bəyanatı ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarından açıqlama verilməyib. Azərbaycanda Lapşinin təqib olunması barədə heç bir məlumat yoxdur.

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:59 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Hamısı