"Ermənistan rəhbərliyi Qarabağ üzrə danışıqları uzatmaq istəyir" - Rusiyalı deputat | Eurasia Diary - ednews.net

19 Mart, Çərşənbə axşamı


"Ermənistan rəhbərliyi Qarabağ üzrə danışıqları uzatmaq istəyir" - Rusiyalı deputat

Siyasət A- A A+

"Dağlıq Qarabağ münaqişəsi BMT qətnamələri əsasında həll olunmalıdır".

Eurasia Diary xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev VII Qlobal Bakı Forumu çərçivəsində deyib.

"Azərbaycanın işğal olunmuş bölgələrinin azad edilməsini və qaçqınların geri qaytarılmasını nəzərdə tutan Madrid prinsipi və Kazan formulu var. Amma təəssüflər olsun ki, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağa dair danışıqları uzatmaq istədiyinin şahidi oluruq", - D.Savelyev bildirib.

O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə Azərbaycanın xarici siyasətinin dəyişməz və sabit olduğunu qeyd edib.

"Azərbaycan heç vaxt öz torpaqlarını azad etməklə bağlı milli ideyasından əl çəkməyəcək. Bu, hələ də məsələni yaxşı anlamayanların hamısına aydın olmalıdır. Hesab edirəm ki, Rusiya bu münaqişəni həll etmək üçün ATƏT-in Minsk qrupu çərçivəsində daha fəal işləməlidir", - rusiyalı deputat fikrini tamamlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...