Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.
Azvision.az -ın məlumatına görə, dövlət başçısı xanımı ilə Bakının Fəvvarələr meydanına gəlib, Novruz şənliyinin iştirakçıları ilə söhbət edib, onlarla xatirə şəkilləri çəkdiriblər.
Azvision.az -ın məlumatına görə, dövlət başçısı xanımı ilə Bakının Fəvvarələr meydanına gəlib, Novruz şənliyinin iştirakçıları ilə söhbət edib, onlarla xatirə şəkilləri çəkdiriblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bahar qalası” festivalı çərçivəsində yarmarka ilə tanış olub, Karvansarayda İçərişəhər sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxıblar. Daha sonra prezident və xanımı İçərişəhərdə sakinlərlə çay süfrəsi arxasında söhbət edib.
Həmin görüntüləri təqdim edirik:
***
Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilir.
Eurasia Diary xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak edirlər.
Dövlət başçısı və xanımı Bakının Fəvvarələr meydana gəliblər.
Bayram şənliyinin iştirakçıları dövlət başçısını və xanımını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev sakinlərlə söhbət edib.
Novruz şənliyinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada “Novruz” yarmarkası ilə tanış oldular.
Bayram şənliyi davam edir.