Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın dünənki telefon danışığının detalları bəlli olub.
Eurasia Diary axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “168 Jam” qəzeti yayıb. Məlumata görə, telefon danışığının əsas mövzusu Paşinyanla Əliyev arasında baş tutacaq görüş olub:
“Rusiya tərəfi ehtiyat edir ki, Ermənistan Moskva ilə məsləhətləşmədən bir sıra güzəştlərə gedə bilər. Rusiya istəmir ki, bu proses onun nəzarətindən kənarda olsun”.