Birinci vitse-prezident Mehriban Əliyevanın Parisə səfəri Azərbaycanla Fransa arasında münasibətlərin dinamik xarakter daşıdığını nümayiş etdirdi Səfir

Siyasət 18:36 19.03.2019

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Parisə səfəri Azərbaycanla Fransa arasında etimadın yüksək səviyyədə olduğunu nümayiş etdirdi.

Eurasia Diary bildirir ki, bunu "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez deyib.

Səfir qeyd edib: "Parisə həyata keçirilmiş belə mühüm səfərdən sonra Bakıya qayıtmaqdan şadam. Birinci vitse-prezident Mehriban Əliyeva Parisə yüksək səviyyəli və uğurlu səfər etdi və bu səfər Fransa ilə Azərbaycan arasında etimadın və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğunu, ikitərəfli münasibətlərimizin hərtərəfli, çoxşaxəli olduğunu nümayiş etdirdi".

Diplomat bildirib ki, Mehriban Əliyevanı Parisə Fransanın Baş naziri Eduard Filip dəvət etmişdi: "Mehriban Əliyevanın Eduard Filiplə görüşü, həmçinin Fransanın birinci xanımı, Fransa Senatı və Milli Assambleyasının sədrləri, mədəniyyət və iqtisadiyyat nazirləri ilə yüksək səviyyəli görüş və təmasları regionun problemlərinə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə toxunmağa imkan verdi. Bu, iqtisadi əməkdaşlığımızın vəziyyətini qiymətləndirmək üçün bir imkan idi: nə edilib, qarşıda hansı işlər dayanır və nə etmək olar".

Onun sözlərinə görə, hər iki tərəf bu əməkdaşlığın dinamizmini, həmçinin iqtisadi əməkdaşlığın istifadə olunmamış potensialını vurğuladı: "Həmçinin tərəflər təhsil və mədəniyyət sahələrində əməkdaşlıq çərçivəsində əldə olunmuş böyük nailiyyətlərə görə bir-birini təbrik etdi. Bakı Fransız Liseyinin, Fransa-Azərbaycan Universitetinin uğurları və məktəblərdə fransız dilinin irəliləyişi yüksək qiymətləndirildi. Həqiqətən də, bu səfər fikir mübadiləsi, layihələrin və gələcək fəaliyyətin müzakirəsi üçün bir imkan oldu".

A.Buşez iqtisadi əməkdaşlığın inkişafına konkret məzmun verilməsi üçün dörd sənədin imzalandığını və bir çox digər layihələrin də müzakirə olunduğunu əlavə edib: "Azərbaycanla Fransa arasında sekulyarizm ənənəsi və qadınların rolu kimi ümumi nəzər nöqtələrinə xüsusi diqqət ayrıldı. Bu səfər münasibətlərimizin dinamik xarakterini, nə etdiklərimizi və müxtəlif sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək üçün nə edə biləcəyimizi nümayiş etdirdi".

Səfir Azərbaycanla Fransa araslnda iqtisadi əməkdaşlığa da toxunub:

"Biznesin perspektivlərinə gəldikdə, məmnuniyyətlə bildirmək istəyirəm ki, 2018-ci ildə biz ticarət dövriyyəsinin 15 faizlik artımını qeydə almışıq. Biz kifayət qədər nikbinik, çünki Fransa şirkətlərinin fəaliyyəti Azərbaycan iqtisadiyyatının geniş spektrini əhatə edir: bu şirkətlər xüsusilə iqtisadiyyatın şaxələndirilməsi və onun böyük potensialının aşkar olunmasına töhfə verməyə çalışır. Əlbəttə ki, neft-qaz sektoru böyük əhəmiyyət kəsb edən sahə olaraq qalır və mən bu məqamda "Total" şirkətinin Azərbaycanın dövlət neft şirkəti SOCAR-la 20 ildən çox davam edən uğurlu əməkdaşlığını vurğulamaq istərdim. Biz Azərbaycanı, o cümlədən SOCAR-ı etibarlı tərəfdaş kimi görürük. "Total" Azərbaycanda indikindən daha çox iş görmək niyyətindədir. Ümid edirik ki, şirkətin bütün layihələri reallaşdırılacaq".

Qeyri-neft sektorundan danışan diplomat vurğulayıb ki, bu sahənin iqtisadiyyatda payı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan şaxələndirmə siyasəti sayəsində artır:

"Fransa şirkətləri nəqliyyat kimi prioritet sektorlarda çox yaxşı təmsil olunub: dəmiryol nəqliyyatında "Alstom", metro - "Thales", avtobus - "Iveco" və aeroportlarda "Thales". Azərbaycanın regional nəqliyyat qovşağı kimi böyük potensialı var və Fransa şirkətləri bu məqsədə nail olunmasına töhfə vermək üçün fəaliyyətlərini gücləndirməyə hazırdır. Artıq Fransa İnkişaf Agentliyi dəmiryol nəqliyyatı ilə bağlı layihələri dəstəkləyir. Bundan başqa, kənd təsərrüfatı kimi perspektiv əməkdaşlıq sahələri də mövcuddur. Biz çox şadıq ki, Azərbaycanın kənd təsərrüfatı naziri artıq bir neçə dəfə Fransaya səfər edib. Kənd təsərrüfatı və aqrobiznes sahəsində əməkdaşlığımızın inkişaf edəcəyinə ümid edirik".

Ətraf mühit sahəsinə gəlincə, A.Buşez deyib ki, Bakı gözəl və müasir şəhərdir, lakin burada su təchizatı sistemləri və ətraf mühitlə bağlı problemləri həll etmək vacibdir:

"Fransanın "Suez" şirkəti Azərbaycanda bu sahədə artıq fəal çalışır. Şirkət, məsələn, çirklənmənin qarşısının alınması və su resurslarının idarə olunmasının yaxşılaşdırılması proqramları çərçivəsində daha böyük işlər görməyə söy göstərir. Həmçinin Azərbaycanda turizm çiçəklənir ki, bu da təbiidir, çünki ölkənin şəhərləri çox gözəldir, bölgələri isə turizmin inkişafı üçün çox yüksək potensiala malikdir".

O bildirib ki, digər sahələrdə, o cümlədən kosmos sferasında əməkdaşlığı daha da inkişaf etdirmək olar:

"Biz "Azərkosmos" tərəfindən işlənən proqramların, o cümlədən "Azərkosmos"un "Airbus"la əməkdaşlıq çərçivəsində hazırladığı kəşfiyyat peyki üzrə proqramın uğurlu olduğunu görürük. Bu, gələcəkdə inkişaf etdirməli olduğumuz əməkdaşlıq sahələrinə yalnız bir neçə nümunədir. Hər bir şirkətin öz layihəsi var, onların hər biri burada layihələrini inkişaf etdirmək və fəaliyyətini genişləndirmək istərdi. Eləcə də Fransa şirkətləri Azərbaycanda, yerli bazarda iştiraka çox maraq göstərir. Sizin gözəl ölkənizdə fantastik potensial var".

A.Buşez qeyd edib ki, bu potensial Azərbaycan hakimiyyəti tərəfindən aparılan əlverişli siyasəti, o cümlədən son maliyyə islahatlarını, kiçik və orta sahibkarlığa dəstək tədbirlərini gücləndirir:

"İqtisadi əməkdaşlıq Azərbaycanın Birinci vitse-prezidentinin hər bir həmsöhbəti ilə müzakirə etdiyi mövzulardan biri idi. Hər dəfə Fransa və Azərbaycan arasında daha dərin və genişləndirilmiş əlaqələrin təmin olunması üçün nə edə biləcəyimiz barədə fikir mübadiləsi aparıldı".


Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı

Xəbər xətti

Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
Hamısı