Nikoldan inanılmaz Qarabağ açıqlaması - Yumşala bilərik, amma... | Eurasia Diary - ednews.net

23 Aprel, Çərşənbə axşamı


Nikoldan inanılmaz Qarabağ açıqlaması - Yumşala bilərik, amma...

Siyasət A- A A+

İlham Əliyev artıq 10 ildən çoxdur danışıqlar aparır, mən isə hələlik bu prosesdə yeni adamam.

Eurasia Diary axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O, hələ də keçmiş illərdəki danışıqların bütün incəlikləri və nüansları barədə məlumatlanmağa ehtiyac duyduğunu bildirib. Paşinyan həmçinin İrəvanın bundan sonra da Qarabağın danışıqlar masasına qaytarılması üçün davamlı çalışmağa davam edəcəyini bildirib:

“Qarabağın danışıqlarda iştirakı ilə bağlı deyilənlər nə Minsk Qrupunun həmsədrləri, nə də Azərbaycan üçün yeni xəbərdir. İl ərzində mən daima bu gündəmi irəli sürmüşəm. Biz bu gündəmin müzakirəsini davam etdiririk. Əgər bizim tərəfdaşlarımız mövqeyimizin həddən artıq sərt olması qənaətinə gəlsələr, biz onu yumşalda bilərik, amma bunu bizim tərəfdaşlarımız da etməlidir. Əks təqdirdə dialoq baş tutmayacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...