Azərbaycan bu ölkə ilə viza sazişi imzaladı

Siyasət 18:09 24.03.2019

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Paraqvay Respublikasına ilk rəsmi səfəri çərçivəsində Paraqvayın Xarici İşlər naziri Luis Alberto Kastiqlioni ilə görüşüb.

XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycan və Paraqvay arasında siyasi münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunaraq, siyasi dialoqun möhkəmləndirilməsi mexanizmlərinə dair müzakirələr aparılıb. Həmçinin kənd təsərrüfatı, nəqliyyat, sərmayələrin qoyuluşu, təhsil və digər sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılaraq, gələcəkdə bu istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi üçün hüquq-müqavilə bazasının yaradılması barəsində razılığa gəlinib, eləcə də iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycan-Paraqvay Ticarət Palatasının təsis edilməsinə dair ortaq niyyət ifadə olunub.

Paraqvaylı nazir iki ölkə arasında məsafə uzaqlığına baxmayaraq, artıq yüksək səviyyədə əməkdaşlığın mövcud olduğunu, Azərbaycan xarici işlər nazirinin Paraqvaya ilk rəsmi səfərinin ikitərəfli münasibətlərin daha da irəlilədilməsinə təkan verəcəyini qeyd edib.

Elmar Məmmədyarov Azərbaycan hökuməti tərəfindən iqtisadi-sosial sahədə həyata keçirlmiş islahatlar, Azərbaycanın təşəbbüsü və iştirakı ilə uğurla reallaşdırılan genişmiqyaslı enerji və infrastruktur layihələri barəsində danışıb. Bu xüsusda, Nazir Məmmədyarov ümumilikdə Cənubi Qafqaz regionunda inteqrasiya proseslərinə başlıca əngəl olan, regionun təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verərək, münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının labüd olduğunu diqqətə çatdırıb. Elmar Məmmədyarov Paraqvay Milli Konqresinin Deputatlar Palatası tərəfindən Xocalıda törədilmiş soyqırımının pislənməsinə dair bəyanatın qəbulunun yüksək qiymətləndirildiyini vurğulayıb.

Azərbaycan və Paraqvayın çoxtərəfli platformada uğurla əməkdaşlıq etdiyini bildirən Nazir Elmar Məmmədyarov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində cari ilin oktyabr ayında hərəkatın Bakıda Zirvə Toplantısının keçiriləcəyini və Paraqvay tərəfinin bu əhəmiyyətli tədbirdə yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu bildirib.

Daha sonra Elmar Məmmədyarov paraqvaylı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirən Nazir Kastiqlioni bu dəvəti dəyərləndirəcəyini diqqətə çatdırıb.

Sonda “Paraqvay Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və ya xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” saziş imzalanıb.

Səfər çərçivəsində Nazir Elmar Məmmədyarov, həmçinin Paraqvay Milli Konqresinin Senatı və Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin sədrləri Viktor Qonsales və Volter Harms ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb və hər iki ölkənin qanunverici orqanlarının qarşılıqlı səfərlərinin təşkilininin faydalı ola biləcəyi qeyd olunub.

İsrail İrana raket zərbəsi endirdi - VİDEO

Xəbər xətti

Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
Hamısı