PKK terror təşkilatının Suriyada ermənilərdən təşkil edilmiş yeni qruplaşmasına Nubar Ozanyanın adı verilib.
Eurasia Diary xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd edək ki, PKK-nin bu qruplaşmanı qondarma erməni soyqırımının ildönümü münasibətiylə yaratdığı bildirilib.
Məlumat üçün bildirək ki, Ozanyan 2017-ci ildə İŞİD tərəfindən Suriyada məhv edilib. Yozqat şəhərində doğulan Ozanyan İstanbulda təhsil alıb. O, Stepan Şaumyan və Leninin əsərlərini türk dilinə çevirib. 1988-1990-cı illərdə Fələstində fəaliyyət göstərən Ozanyan 1991-1992-ci illərdə Qarabağda erməni separatçılarının tərəfində döyüşüb. 2014-cü ildə Şimali İraqa gələn erməni separatçı 2015-ci ildə Suriyadakı kürdlərin sıralarına qoşulub. Burada “Orxan Bakırçıyan” ləqəbi ilə tanınan separatçı erməni və ərəb əsilli separatçıların hazırlığı ilə məşğul olub. (axar)